Slovakiya prezidenti koronavirusa yoluxub
Slovakiya prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.
Bu barədə TASR agentliyi məlumat yayıb.
Çaputovanın Amerikanın Pitsburq şəhərində olduğu qeyd edilir. O, ABŞ-a səfərinin son günündə iş proqramını ləğv edib. O, fevralın 5-də Slovakiyaya qayıdacaq.
2023-cü ilin dekabrında Almaniya kansleri Olaf Şolzun koronavirusa yoluxduğu bildirildi.
Dekabrın 18-də məlum olub ki, Avropa İttifaqı (Aİ) ölkələri təxminən 4 milyard avro dəyərində 215 milyon doza koronavirus peyvəndini atıb.
Dekabrın 17-də bildirildi ki, Donald Tuskun Polşanın baş naziri statusunda Tallinə ilk xarici səfəri Estoniya Nazirlər Kabinetinin rəhbəri Kaja Kallasın koronavirusuna görə ləğv edilib.