DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Platforma. az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət Əliyev saxlanılıb. Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar edilib.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

