ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçki kampaniyası üçün 34 milyon dollardan çox vəsait toplayıb. Siyasətçi cinayət işi açıldıqdan sonra ianələr artıb. Raport.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, aprelin 14-də Tramp ifadə vermək üçün Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin ofisində təxminən səkkiz saat qalıb.