Azərbaycanın gömrük orqanları 71,8 kq heroinin ölkə ərazisindən keçirilməsinə cəhdin qarşısını alıb.
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Şahtaxtı sərhəd-keçid məntəqəsində İrandan Türkiyəyə gedən yük avtomobilində Azərbaycan ərazisindən keçməklə 71,8 kq heroin aşkar edərək götürüblər.