Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ilə görüşdüyünü bildirib.
Xatırladaq ki, Bazar günü səhər ukraynalı deputat Oleksiy Qonçarenko Consonun Ukraynaya gəldiyini açıqlamışdı.
“Ukraynanın əsl dostu Boris Consonu Kiyevdə salamlayıram. Boris, dəstəyinizə görə təşəkkür edirəm”, – Zelenski Telegram kanalında yazıb və Consonla görüşün videosunu yayıb.
Zelenskinin ofisindən verilən məlumata görə, görüş zamanı Zelenski və Conson Zelenskinin təqdim etdiyi “sülh formulu”nu həyata keçirmək üçün keçirməyi planlaşdırdıqları sammitə hazırlıq məsələlərini müzakirə ediblər.
“Boris Consonun xahişi ilə prezident onu cəbhə xəttindəki vəziyyətlə bağlı ətraflı məlumatlandırıb”, – Zelenskinin ofisinin bəyanatında deyilir.