25:05 - 9:57
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sağlamlıq

Yeniyetmələrin üzləşdiyi sızanaq problemi – Necə müalicə etməli?

17.01.2023 - 2:30
A A

Yeniyetməlik dövründə sızanaq problemi gəncləri ciddi narahat edir. Əsas məsələ isə sızanaq problemi olan dərini düzgün müalicə etməkdir.

Raport.az Bakupost.az-a istinadən türkiyəli dermatologiya mütəxəssisi Funda Atamanın sızanaqların müalicəsi ilə bağlı məsləhətlərini tədim edir.
Dermatoloqun sözlərinə görə, yeniyetməlikdə sızanaqlar dərinin yağ ifrazının artmasından sonra yağ vəzilərinin iltihabı nəticəsində yaranır:

“Bu iltihaba səbəb olan bakteriyalar hər kəsin dərisində olur. Lakin yağ ifrazının çox olması və dəridə yağ balansının pozulması bu bakteriyaların çoxalmasına gətirib çıxarır. Bu problemə ən çox 14-16 yaş arasında yeniyetmələrdə rast gəlinir. Hər 10 yeniyetmədən 1-də sızanaqlar kəskin xarakter alır. Yeniyetməlik sızanaqları qızlarda daha gənc yaşda olur. Bu, qızların yetkinlik yaşına daha erkən daxil olması ilə bağlıdır”.

Mütəxəssisin sözlərinə görə, sızanağın yaranmasında genetik faktorlar da mühüm rol oynayır:

“Ata-ana, böyük bacısı və qardaşında sızanaq olanların bu problemlə üzləşmə riski daha çoxdur. Eskimoslar, yaponlar, qaradərililərdə sızanaqlar digərlərinə nisbətən az müşahidə olunur. Lakin əsasən balıqla qidalanan eskimoslar və yaponlar Qərb mətbəxindən olan yeməklərə keçdikdən sonra onlarda da sızanaq problemi artıb”.

Funda Ataman bildirib ki, sızanaqlar insana psixoloji cəhətdən təsir edir:

“Sızanaqlar məktəb, iş və şəxsi həyatda insanları utandıra və münasibətlərində problemlər yarada bilər. Qaşıntı, yanma, ağrı, qanaxma, görüntüdən narahat olma kimi problemlər mümkündür. Daimi ləkə, çopurluq və yara izləri isə ən arzuolunmaz vəziyyətdir.

Pəhrizin sızanaqlara təsiri tam olaraq müəyyən edilməsə də, kalori qəbulunun azaldılması və artıq çəkidən qurtulma sızanaq müalicəsində effektivliyi artırır.

Gənclərin balanslaşdırılmış zülal, yağ, karbohidrat, vitamin qəbul etmələri, kifayət qədər meyvə-tərəvəz, balıq yeməsi onların sağlam böyüməsinə və inkişafına müsbət təsir edir.

Sızanaq təkcə yeniyetməlik dövründə müşahidə olunmur. Həmçinin qadınlarda menstruasiya öncəsi sızanaqların görünməsi normaldır. Tərləmə, rütubətli iqlim, yemək bişirilən isti yerlərdə işləmək sızanaqları artırır. Qidalanmasında fast-fooda üstünlük verən şəxslərdə bu problem şiddətlənə bilər”.

Dermatoloq bildirib ki, yeniyetnəlik sızanaqları 4-6 il davam edir:

“Bəzən 40 yaşa qədər davam etdiyi müşahidə olunur. Müalicəyə başlayan insanlara bunun uzun sürəcəyi barədə məlumat verilməlidir. Yüngül sızanaqlarda çox vaxt dəridən artıq yağı çıxaran və bakteriya böyüməsinin qarşısını alan məhsuldan istifadə edirlər. Bununla belə, tərkibində heksaxlorofen olan antibakterial sabunların istifadəsi xüsusi növ sızanaqlara səbəb olur. İkinci mərhələdə dəridə yağ ifrazını azaldan kremlər, gellər və losyonlar istifadə olunur. Heç bir yaxşılaşma olmazsa, antibiotiklər sınana bilər.

Vitamin A törəməsi həbləri ən davamlı və şiddətli sızanaq formasında istifadə olunur. Bundan əlavə, sızanaq müalicəsi alan insanlar həkim nəzarəti altında vitamin qəbul etməli və qidalanmalarına diqqət etməlidirlər. Sızanaq müalicəsinin demək olar ki, bütün üsullarında müalicənin ilk günlərində dərinin quruması, qızartı, qaşınma və sızanaqların artması gözlənilir. Xəstələrə bunun yan təsir və ya allergiya olmadığı barədə məlumat verilməlidir. Yenə ən təsirli və uzun müalicələrdən sonra belə sızanaqlar təkrarlana bilər.

Sızanaqlar keçdikdən sonra qalan izlər üçün kimyəvi pilinq, lazer, dermaroller, dermabraziya kimi proseslər tətbiq oluna bilər. Uzun və çətin olan sızanaq müalicəsinin məqsədi gəncləri həm də çapıq və ləkələrdən qorumaqdır”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər

Növbəti Yazı

Türkiyənin İzmir şəhərində 3,2 bal gücündə zəlzələ baş verib

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.