25:12 - 11:39
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Xınalıq UNESCO-da 1 il” mövzusunda mediatur təşkil edilib

10.10.2024 - 10:04
A A
Oktyabrın 9-da Dövlət Turizm Agentliyi media nümayəndələri üçün “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

“Xınalıq UNESCO-da 1 il” mövzusuna həsr edilmiş turda 40-dan çox KİV təmsilçisi iştirak edib.

Mediaturda Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, artıq “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin, UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruq ilə bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.

Mediatur zamanı Xınalığın əsas mədəni irs dəyər atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində DTA tərəfindən görülən işlər, o cümlədən kənd ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı da məlumat verilib.

Kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işlərinin aparıldığı, 41 evin isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verildiyi bildirilib.
Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır.

Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün, ümumilikdə ev üzrə təmir bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kv. metrdən çox ərazini əhatə etdiyi vurğulanıb.

İşlərin aparılmasında əsas çətinliyin Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlı olduğu da qeyd edilib.

Jurnalistlərə o da bildirilib ki, mövcud mürəkkəb relyef və çətin hava şəraiti ilə yanaşı, öncədən planlaşdırılan iş həcminin sonradan artması da inşa işlərinin uzanmasına və daha çox maliyyə vəsaitinin xərclənməsinə səbəb olur.

Belə ki, Xınalıq kənd sakinlərinin çoxsaylı müraciətləri əsasında onların daha rahat şəraitin yaradılması məqsədilə, öncədən layihədə nəzərdə tutulmayan tikililərin – təndirxanalar, sanitar qovşaqları, heyvanların saxlanması üçün tövlələr və s. da inşası da sonradan işlərə əlavə edilib ki, bunlar da yekunda xərclərin ciddi artımına yol açıb.

Dünya İrs Komitəsinin tövsiyələri əsasında Xınalıq memarlığının atributlarını qorumaq məqsədilə bərpa-təmir işlərində yüksək qiymətli xüsusi tikinti materiallarından istifadə olunması da xərclərə təsir edən amillərdən biridir.

Media nümayəndələrinə bildirilib ki, Xınalıq kəndində təmir-bərpa üzrə genişmiqyaslı işlərin aparılması, DTA tərəfindən həyata keçirilən digər layihələr əhalinin rifah halına və məşğulluğunun artmasına səbəb olub. Belə ki, bir neçə il ərzində kənd əhalisinin demək olar 90 faizi müəyyən fasilələrlə işə cəlb olunub.

Bundan əlavə, Xınalığın UNESCO dünya irsi elan olunması yerli və xarici turistlərin kəndə diqqətini artırıb və bu baxımdan yeni turizm məhsullarının yaradılması kənd əhalisi arasında özünüməşğulluğun inkişaf etməsinə səbəb olub. DTA tərəfindən “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğu ərazisində kempinq, haykinq kimi turizm məhsullarının yaradılması istiqamətində də işlər aparılıb.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu” Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılıb. Bundan bir müddət sonra 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Xınalıq xalqının köçəri yaşayış tərzi, unikal dili, Qafqaz dağlarında məskun salmış qədim memarlıq ənənələri və Xınalıq icmasının mürəkkəb təbii şəraitə uyğun şəkildə yaşayış qaydaları bu ərazinin müstəsna ümumbəşəri dəyərlərini əks etdirir.



















 

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

İstanbulun Şahzadələr Adalarında dincəlmək üçün istirahət yerlərini kəşf edin – FOTOLAR

Növbəti Yazı

Futbol ulduzu Bakıda ustad dərsi keçirəcək 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.