25:05 - 10:15
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

ÜZEYİR BƏYİN OVCUNDAKI AYAQQABI

04.01.2023 - 0:03
A A

Fazil Mustafa yazır…

Üzeyir bəyə ayaqqabı atan nəsil yetişdi. O, yəni ayaqqabını atan Azərbaycan gənci Üzeyir bəyi tanımırdı. O, heç müstəqilliyi də tanımırdı. O, 44 günlük savaşda qazanılan qələbənin də nə olduğunu bilmirdi. O, Üzeyir bəyin vaxtilə Şuşada qoyulmuş büstünə ermənilərin güllə atdıqlarını da bilmirdi. Onun diplomu, ən azı attestatı olmamış deyil, ancaq təhsili yox kimidir. O, yanındakı yoldaşından kitab istəyə bilməzdi, ya siqaret, ya da telefon istəyə bilərdi. Ona Üzeyir bəyə atmaq üçün nisbətən ağır bir əşya lazım idi. Ayaqqabı bəlkə də gözlənilməz bir seçim idi. Çünki burada ayaqdan ayaqqabını çıxarmaq lazım idi. Ayaqabının qaytanlı yaxud qaytansız olması da burada işi qəlizləşdirən məsələ ola bilərdi. Əziyyət çəkib qaytanı açmaq lazım gələrdi. Hər halda ayaqqabı siqaretdən ağır, telefondan ucuz olmalıdır. Mümkündür ki, bu təzə ayaqqabı deyildi, ola bilsin ki, içinə adamın corablarının iyi də hopmuşdu. Ən maraqlısı o deyidi. Yayılan videoda yaxından keçən bir azərbaycanlının vücudu diqqət çəkir. O azərbaycanlı isə bizim nəslin nümayəndəsidir. O isə ya yeni nəslin təmsilçilərinə söz deməkdən çəkinir, ya da Üzeyir bəyə ayaqqabı atılmasına əhəmiyyətsiz hadisə kimi baxır. Biz Üzeyir bəyin erməni gülləsinə tuş gələn büstünü Şuşaya qaytardıq. İndi də bir azərbaycanlı gəncə Üzeyir bəyin ovucunda saxladığı ayaqqabını qaytarmalıyıq. Üzeyir bəyin ovcunda qalan ayaqqabının sahibi onu Üzeyir bəyə atan dostu qədər bu əyləncəyə gülsə də, qışın günündə bir ayağı soyuqdan üşüdüyünə görə, evə necə qayıdacağını şübhəsiz ki, düşünmüş. Heykəl ucada olduğuna görə, ayaqqabının tayını geri götürməsi də mümkünsüz görünürdü. Yəqin evə ayaqqabının bir tayı ilə dönmüş. Övladlarının ayaqqabısının digər tayının Üzeyir bəyə atıldığından bəlkə də ata-anasının da xəbəri olmamış. Bir də xəbərləri olsaydı, nə dəyişərdi. Onlar da heykəlin yanından bu hadisəni seyr edib öz işinə tələsən həmin azərbaycanlı qardaş kimi bizim nəslin təmsilçiləri ola bilərlər. Yeni nəslə söz deməyə bəlkə də iradələri çatmır.
Bizdə 20 yanvar, Xocalı adında matəm günləri var, bolluca bayram günlərimiz də var. Nadanlıq günümüz necə varmı? Bəlkə Üzeyir bəyin heykəlinə ayaqqabı atılan günü Nadanlıq Günü kimi təqvimə salaq? Bir az tələsmək istəməzdim. Dünən Milli Konservatoriyanın bir qrup müəllimindən şikayət məktubu almışam. Əmək haqlarının pozulmasından fəryad edirlər. Rektorları da Üzeyir bəy deyil. Bu zavallı müəllimlər onun heykəlinə də şikayət edə bilmirlər. Şikayət etsələr belə, Üzeyir bəyin heykəlinin acizliyini Azərbaycan Dövlət Konservatoriyasını iki yerə parçalayanda görmədilərmi? Onun ruhundan, irsindən, qəbrindən soruşan oldumu? Sabah həmin gənclər haradasa brifinq keçirib, məhz Üzeyir bəyin mirasına bu sayğısızlığa diqqət çəkməyə görə bu ayaqqabını atdıqlarını söyləsələr, nə baş verəcək? Adamlar desələr ki, Konservatoriyanın nə millisi, nə musiqi akademiyası, Üzeyir bəydən bu işi daha yaxşımı bilirsiniz?
Hər halda bir neçə gün gözləyək. Əgər həmin gənclərdən səs-soraq çıxmasa, onda Nadanllq Günü məsələsinə yenidən qayıdarıq.
Sakın bizim əziz polis yetkililərimiz o iki gəncə mikrafon verib Üzeyir bəyin heykəlindən üzr istətməsinlər. Öncə Üzeyir bəyin ruhundan üzr istənməlidir. Və öncə bu üzürü Üzeyir bəyin ocağında şad-xürrəm titulları və pulları sıralayıb Azərbaycan musiqisini yaşadan dəyərli və gün çörəyinə möhtac müəllimləri ayaqqabısı ilə təpikləyənlər istəməlidir. Bir də Üzeyir bəyə, Məhəmməd Əmin bəyə ayaqqabı atacaq dünyada bircə azərbaycanlı varsa, biz hamımız borcunu yerinə yetirməmiş bir vətəndaş kimi müstəqilliyimizdən üzr istəməliyik.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Azərbaycanda ətin qiyməti kəskin artıb

Növbəti Yazı

Həmişə təmizlikdə və ya qəribə təsadüf

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.