25:05 - 10:31
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sağlamlıq

Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur

03.03.2023 - 11:41
A A

Dünənki hadisədən sonra dərhal statistika ilə maraqlanmağa çalışdıq. Reallıq elə bizim düşündüyümüz kimidir. Özümüz də vaxtlı-vaxtında ürəyimizə qulaq asmırıq, amma sonra “ürəyimiz sözümüzə baxmır” deyirik…
Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur. Raport.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. O, qeyd edib ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.

Mərkəz bu cür həyati risklərdən qorunmaq üçün vətəndaşları ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmağa, tibbi müayinələrdən keçməyə çağırır.

Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir:

“Bəzən ürəklə bağlı ölümləri insanlar “vaxtsız gələn ölüm” hesab edirlər. Əslində bu belə deyil. Bu xəstəliklərdə erkən diaqnoz önəmlidir. İnsanların çoxu buna o qədər də əhəmiyyət vermir. Vaxtında profilaktik müayinələrdən keçmir, ilkin tibbi xidmətlərdən müntəzəm yararlanmır. Halbuki erkən diaqnozun qoyulması onları həyati təhlükələrdən xilas edə bilər. Biz, ilkin səhiyyə xidməti müəssisələri olaraq, vətəndaşlarımızı zamanında tibbi müayinələrdən keçməyə çağırırıq”.

İlkin səhiyyə xidməti müəssisələri ürək xəstəliklərinə erkən diaqnozun qoyulmasında və erkən müalicəyə başlanılmasında böyük rola malikdir. Ürək nahiyəsində küt ağrılar, sinədə göynəmə, təngnəfəslik, tez yorulma halları müşahidə edilərsə, dərhal ailə (sahə) həkimlərinə müraciət edilməlidir:

“Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdə keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa , müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”.

Ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var. Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir.

Çalışın ürəyinizə görə yaşayın!

İlkin səhiyyə xidməti həyatınızı xilas edə bilər.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub 

Növbəti Yazı

İctimai fəal dövlət layihələrindən yarım milyon mənimsəyib? 

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.