Türkmənistanda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək. Bu barədə məlumatı Azərbaycanın Türkmənistandakı səfirliyi yayıb.
Platforma.az xəbər verir ki, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası sentyabrın 11-13-də Aşqabadda (Türkmənistan) keçiriləcək. Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək.
İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.