25:06 - 4:11
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türkiyənin Şimali Egeydəki incisi Assos

28.08.2024 - 12:57
A A

Zeytun ağaclarının kölgəsi altında olan qədim Assos İda dağının ətəyində bir Egey xəzinəsidir. Çanaqqalanın müasir Ayvacık rayonunda əsrlər boyu bir çox sivilizasiyaya ev sahibliyi edən Assos, qorunan təbiəti, saf havası və qədim sərvətləri ilə Egey dənizinin ən gözəl yerlərindən biridir. Gəlin Türkiyənin bu cəvahiratını yaxından tanıyaq.

Egeyin sərin marşrutu

Assos sonsuz mavi sulardan zövq ala biləcəyiniz çoxsaylı körfəzvə çimərliklərə malikdir. Kadırğa və Sivrice kimi gözəl körfəzlər, Sokakağzı kimi təmiz çimərliklər və Qədim Liman da daxil olmaqla bir çox digər yerlər bu qorunan mənzərənin orijinal gözəllikləri arasındadır. Kadırğa körfəzi isə uzun, geniş sahil xətti və Mavi Bayraq statusu ilə seçilir. Assos boyu sahillər əsasən iri daşlardan ibarət olsa da, insanlar ümumiyyətlə taxta dayaqlar vasitəsilə dənizə tullanırlar. Qeyd etmək lazımdır ki, Assosdakı dəniz coğrafi mövqeyinə görə bir qədər gec isinir və suları Aralıq dənizinə nisbətən daha sərindir. Həmçinin, Assosun düşərgə sahələrində, kiçik hostellər, lüks və rahat otellər və butik otellər arasından seçim edə bilərsiniz.

Möhtəşəm Assos antik şəhəri

Assosun sahil xəttini bu qədər cazibədar edən, Egey dənizinin sönmüş vulkanik təpənin üzərində qurulmuş Assos qədim şəhəridir. Şəhərin tarixi eramızdan əvvəl 6-cı əsrə gedib çıxır. Dövrümüzə qədər gəlib çatan əzəmətli divarları və arxeoloji qazıntılar zamanı aşkar edilən tikililəri ilə bu gün diqqəti cəlb edən qədim şəhər 2017-ci ilin may ayında YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Onun məşhur sakinləri arasında fəlsəfə məktəbinin əsasını qoyan filosof Aristotel də var. Afina məbədi antik şəhərin mütləq görülməli yerlərindən biri kimi seçilir. Assos Akropolunda yerləşən Afina məbədi şəhərin qoruyucusu kimi tanınan ilahə Afinaya həsr olunub. Sütunları və heyrətamiz dəniz mənzərəsi ilə göz oxşayan struktur həm də Anadolu coğrafiyasında Arxaik-Dor məbədinin yeganə nümunəsi kimi memarlıq baxımından əhəmiyyətlidir. Şəhərin ən hündür nöqtəsində, xüsusən gün batımında bu məbədi ziyarət etmək həqiqətən unudulmaz bir bir hissdir. Gün batımını seyr etdikdən sonra Aqora, Gimnaziya və açıq hava teatrı kimi şəhərin digər yerlərini də görə bilərsiniz. Şəhərin ən gözəl məkanlarını Aqora, Gimnaziya və açıq hava teatrını ziyarət etmək mümkündür.

Bəhramqala kəndi

Bəhramqala kəndi qədim şəhər divarları içərisində kiçik yaşayış məntəqəsidir. Kəndin dar küçələri ilə gedərkən daş memarlıq sənətinin gözəl nümunələri olan tarixi evlərə rast gəlirsən. Bundan əlavə, kənd qadınları bu küçələrdə və ya kiçik dükanlarda qurduqları stendlərdə suvenirlər və evdə hazırlanmış ərzaq məhsulları satırlar. Burada müxtəlif göyərti və zeytun yağından tutmuş evdə hazırlanmış “tarhana”ya, tərəvəzlərdən ibarət ləzzətli şorbaya, ətirli qatıq, göyərti, ətirli ədviyyatlara qədər bir çox yerli və təbii məhsullar tapmaq mümkündür.

Kənddə Osmanlı dövründən qalan məscid və körpü də var. Kvadrat formalı və tək günbəzli XIV əsrdə tikilmiş Hüdavəndigar məscidi mehrabının üzərindəki mürəkkəb həndəsi motivləri ilə diqqət çəkir. Bəhramqala yaxınlığındakı Tuzla çayı üzərində yerləşən Hüdavendigar körpüsü səliqəli işlənmiş tağları ilə memarlıq baxımından heyranedicidir. Avtomobillərin hərəkətinə qapalı olan bu zərif 600 illik körpüdən keçə bilərsiniz. Assos həm də onu əhatə edən gözəl yerli kəndlərə görə araşdırmağa dəyər bir yerdir. Assosdan cəmi yarım saatlıq məsafədə yerləşən Yeşilyurt və Adatəpənin tarixi, füsunkar və sevimli kəndləri bölgə üçün mütləq görməli olduğunuz yerlər siyahısında olmalıdır. Adatəpə kəndini ziyarət edərkən, Adatəpə Zeytunyağı Muzeyini kəşf edə bilərsiniz. Türkiyənin ilk zeytunyağı muzeyi olan bu kompleks zeytun yağı istehsalının bütün mərhələlərini müşahidə etməyə imkan verir.

Unudulmaz ləzzətlər

Tarixi və təbii gözəllikləri ilə məşhur olan Assos həm də regional ləzzətlər təklif edən heyrətamiz qastronomik məkandır. Burada balqabaq dolması çiçəklərindən tutmuş dəniz paxlasına qədər Egey mətbəxinin bütün ləzzətlərini tapa bilərsiniz. Limandakı restoran və meyxanalarda İzgara ahtapot salatı, şişli qılınc, izgara alabalıq, əqrəb şorbası, izgara kalamar və tərəvəz dolması kimi Assosun xüsusi yeməklərindən dada bilərsiniz.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

“Küçə sənətçiləri” layihəsində iştirak etmək üçün müsabiqə elan olunur 

Növbəti Yazı

Ceyhun Bayramov Hakan Fidanla görüşüb

XƏBƏR LENTİ

Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53
Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.