Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Temim bin Hamed Al-Sani ilə telefon danışığı aparıb.
Ərdoğan deyib ki, İslam dünyası birlik üçün səylərini gücləndirməlidir. Prezident regionda gərginliyin yayılmasının qarşısının alınmasının son dərəcə vacib olduğunu vurğulayıb.