25:07 - 3:08
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

27.05.2025 - 16:58
A A

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinin Mühasibat Baş İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri üçün “Dövlət Maliyyə İdarəetmə İnformasiya Sistemi Təlimi” təşkil olunub.

Təlim, Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci rəhbərliyində Türkiyədən gəlmiş təlimçilər tərəfindən 20–23 may tarixlərində Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilib. Təlimdə 51 rəhbər şəxs və mütəxəssis iştirak edib.

Təlimin açılış mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İdarəetmə İşləri üzrə rəhbəri Natiq Həsənov, Türkiyə Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci, TİKA Bakı Proqram Koordinatoru Hayreddin Özçelik iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası  Maliyyə Nazirliyinin İdarəetmə İşləri rəhbəri Natiq Həsənov iki ölkə arasındakı güclü münasibətlərin dövlət maliyyəsi sahəsində də davam etdiyini vurğulayaraq, təşkil olunan bu təlimin Türkiyənin bu sahədəki təcrübəsinin Azərbaycana ötürülməsi baxımından çox faydalı olduğunu qeyd edib. Natiq Həsənov təlimin təşkilində əməyi keçən Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyinə və TİKA-ya təşəkkürünü bildirib.

Mühasibat Baş İdarəsinin Xərclər və Aktivlərin İdarə Edilməsi Şöbəsinin müdiri Sərtaç Bezci isə çıxışında bildirib: “Uzun müddətdir üzərində çalışdığımız və tətbiq etdiyimiz dövlət maliyyə idarəetmə informasiya sistemi ilə bağlı bilik və təcrübəmizi paylaşmaq, qardaş ölkə Azərbaycanla bu sahədə qarşılıqlı öyrənmək məqsədilə Bakıda olmaqdan məmnunluq duyuruq.”

TİKA Bakı Proqram Koordinatoru Hayyeddin Özçelik isə qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində atılan qətiyyətli addımları və bu sahədə göstərilən uzaqgörən yanaşmanı təqdirlə izləyirik. TİKA olaraq həyata keçirdiyimiz bu təlim proqramı vasitəsilə Türkiyənin dövlət maliyyəsinin rəqəmsallaşdırılması yolunda əldə etdiyi təcrübələri dost və qardaş Azərbaycanla paylaşmaqdan böyük məmnunluq duyuruq.”

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

share
ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

Növbəti Yazı

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

XƏBƏR LENTİ

Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.