25:08 - 2:55
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

12.05.2025 - 11:15
A A

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın 21-dən 27-dək keçiriləcək. Builki tədbir, davamlı, sağlam və ənənəvi bişirmə üsullarını ön plana çıxararaq “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusu ilə yadda qalacaq.

Türk Mətbəxi Həftəsi hər il Türkiyənin  ölkə daxilində və xaricindəki nümayəndəlikləri tərəfindən təşkil olunan silsilə tədbirlər və sosial media kampaniyaları ilə qeyd olunur. Bu təşəbbüs, minilliklər boyu mədəni mübadilə, davamlı təcrübələr və dərin köklü qastronomik ənənələrlə formalaşan Türkiyənin kulinariya zənginliyini dünyaya tanıtmağı hədəfləyir. Hər il fərqli bir mövzu seçilərək Türk mətbəxinin çoxşaxəliliyi nümayiş etdirilsə də, bu il təşkil olunacaq müxtəlif tədbirlər vasitəsilə Türk mətbəxinin əsasını təşkil edən klassik yeməklər və ənənəvi Türk qonaqpərvərliyi xüsusi vurğulanacaq.

Anadolu süfrələrindən dünyaya açılan Türk mətbəxinin təməl yeməkləri

Türkiyənin zəngin kulinariya mənzərəsi məhsuldar coğrafiyası və əsrlər boyu formalaşmış ənənələri ilə dərin köklərə sahibdir və onu əsl qastronomik cənnətə çevirir. Nəsildən-nəslə ötürülən, ölkənin hər bir bölgəsində sevgi ilə hazırlanan bu klassik ev yeməkləri, Türk mətbəxinin zənginliyinin əsasını təşkil edir.

Yerli və mövsümi məhsullarla, sadə, lakin düşünülmüş üsullarla hazırlanan bu yeməklər, Türk kulinariya irsinin mahiyyətini əks etdirir. Ənənəvi, sağlam və israfdan uzaq mətbəx dəyərlərini bu günə daşıyan klassik yeməklər, eyni zamanda Anadolunun köklü dəyərlərinin – qonaqpərvərlik, birlik və həmrəyliyin – simvoludur. Axı, bu yeməklər ailələri, dostları və qonaqları bir araya gətirən isti və səmimi Türk süfrələrinin təməl daşıdır.

2025-ci il Türk Mətbəxi Həftəsinin menyusu zamanın sınağından çıxmış yeməklərlə zəngindir. “Türk Mətbəxinin Klassik Yeməkləri” mövzusuna uyğun olaraq hazırlanan menyuda bir çox tanınmış təamlar yer alacaq. Ləziz dadı ilə seçilən Mərci Şorbası və Tarhana Şorbası, soğan və pomidor içlikli badımcan yeməyi olan İmambayıldı, ənənəvi Türk mantısı, həmçinin içlikləri kartof, pendir, göyərti və ya qiymə ilə dəyişən Börek növləri təqdim ediləcək.

Zəngin dad harmoniyası yaradan yeməklər – Karnıyarık (qiymə ilə doldurulmuş badımcan)-Düyü-Cacıq, Kuru Fasulye (ağ lobya xörəyi)-Düyü-Turşu və Qarışıq Dolma (içlikli tərəvəzlər)-Qatıq – evdə bişirilən Türk mətbəxinin dolğun kulinariya səyahətini vəd edir.

Bu dadlı menyunu təravətləndirici Bostana və Çoban salatları, eləcə də müxtəlif növ Hoşaflar (kompotlar) tamamlayacaq. Şirniyyat sevərləri isə süfrənin sonunda Tavukgöğsü (toyuq ətli südlü desert), Kazandibi (karamelləşmiş südlü pudinq) və məşhur Bakıra kimi ləzzətli Türk şirniyyatları ilə unudulmaz bir dad təcrübəsi yaşayacaqlar.

Türk Mətbəxi Həftəsi, eyni zamanda ölkənin zəngin regional müxtəlifliyinin tanıdıldığı mühüm bir platformaya çevrilir. Türkiyənin 81 vilayətinin hər biri, əsrlər boyu formalaşmış mədəni mübadilə, yerli iqlim və təbii məhsulların təsiri ilə yaranan ənənəvi reseptlərin özünəməxsus təqdimatlarını nümayiş etdirəcək.

Egey sahillərinin zeytun yağlı yüngül yeməklərindən tutmuş, Cənub-şərq bölgəsinin ədviyyatlı və güclü dadlara malik spesiyalitələrinə, Qara dəniz regionunun balıq və dəniz məhsulları ilə zəngin mətbəxinədək Türk Mətbəxi Həftəsi ziyarətçiləri ölkənin hər guşəsindəki dadlı səfərə dəvət edir.

Bölgələrdə keçiriləcək tədbirlər bu yerli klassikləri ön plana çıxararaq iştirakçılara həm əsl yerli ləzzətləri dadmaq imkanı verəcək, həm də hər bir regionun gündəlik həyatı və mədəni irsi ilə daha yaxından tanış olmaq fürsəti yaradacaq.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Prezident təsdiq etdi: Sosial xidmətlərin sayı artırıldı

Növbəti Yazı

Prezident Yaşar Güləri qəbul etdi

XƏBƏR LENTİ

Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25
Gündəm

Türkiyə 2025-ci ilin ilk yarısında turizm göstəricilərində davamlı artım qeydə aldı

2025/08/05 - 16:58
Gündəm

Bu ilin II rübündə gəmilər və sahil obyektləri üzrə təhvil verilmiş tullantıların həcmi açıqlanıb 

2025/08/04 - 10:21
Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44

SEÇMƏ

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32

Türkiyənin Qara dəniz bölgəsində yerləşən Giresun şəhəri son illərdə həm daxili, həm də xarici turistlərin diqqətini cəlb edən unikal təbiət...

Daha çox oxu

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.