Raport.az TASS-a istinadla xəbər verir ki, çərşənbə günü Tbilisidə parlament binası yaxınlığında mindən çox insan toplaşıb. Xüsusi təyinatlılar gecə saatlarında Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane ola biləcək xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənləri dağıdandan sonra aksiya davam etdirilib.
Xatırladaq ki, Çəçərşənbə axşamı Gürcüstan parlamenti xarici təsir agentləri haqqında qanun layihəsinin gürcü variantını birinci oxunuşda qəbul edib. İclasla paralel olaraq qanun layihəsinə etiraz edən minlərlə insan parlamentə toplaşıb. Etiraz aksiyasında vəziyyət deputatların bu sənədi dəstəkləməsindən sonra gərginləşib. Xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, gecə saatlarında isə təhlükəsizlik qüvvələri etirazçıları parlamentə bitişik ərazidən çıxarmağa məcbur ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya zamanı 66 nəfər saxlanılıb, iğtişaşlar zamanı 50 polis əməkdaşı yaralanıb.