25:06 - 1:55
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Talıbovların sərvətləri müsadirə olunacaq?

24.12.2022 - 23:38
A A

Gözlənildiyi kimi, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasındakı (MR) 27 illik (1995-2022) hakimiyyəti başa çatdı. Ölkə rəhbərliyi ilə görüşmək, vəziyyəti dəyişmək üçün 8 gün Bakıda qonaqlayan Talıbovun son çırpıntıları da nəticəsiz qaldı və o, sonda istefa ərizəsi yazmağa məcbur edildi…

 

Şübhəsiz ki, Naxçıvan “xan”ının 27 illdən sonra taxtdan salınması Muxtar Respublika sakinlərinin ürəyincə oldu. Gələn xəbərlərə görə, bu qərar Naxçıvanda bayram kimi qeyd olunub, MR- nın dörd bir yanında ehsan paylanılıb, qurbanlar kəsilib.

 

Əlbəttə, Naxçıvan sakinlərinin bu sevinci əbəs yerə deyil. 27 ildir Naxçıvandakı absurd qadağalara, məmur özbaşınalığına, ədalətsiz mühitə dözən yerli sakinlər bu zülmün bitəcəyi günü səbirsizliklə gözləyirdilər. Çox gec olsa da, həmin gün yetişdi və Naxçıvanın sonuncu “xan”ı layiq olduğu tərzdə tarixin tozlu səhifələrinə göndərildi.

 

Ancaq Talıbovların ailə hakimiyyəti başa çatsa da, DTX-nin hələ Muxtar Respublikada döyəcəyi çox qapı, ortaya çıxaracağı sayısız-hesabsız korrupsiya və cinayət əməlləri var. Hər kəsə məlumdur ki, bu müddət ərzində Naxçıvanda dövlət və şəxsiyyət əleyhinə yüzlərlə cinayət hadisəsi baş verib.

 

Artıq yerli mətbuatda Talıbovun həbs ediləcəyi ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb. Bəzi iddalarda isə Talıbovun qanunsuz yolla sahib oldğu var-dövlətin bir qismini dövlətə qaytardığı və bu yolla özünü bir növ sığortaladığı bildirilir.

 

3 fakt və yarım milyardlıq oğurluq…

 

DTX-nin Muxtar Respublikada başlatdığı əməliyyatlar nəticəsində qısa vaxtda külli miqadarda mənimsəməylə bağlı bir sıra korrupsiya faktlarının üstü açıldı və həbslər baş verdi. Əməliiyatlar nəticəsində Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlunun 132 milyon manat, Naxçıvan MR Maliyyə naziri Rafael Əliyevin 144 milyon manat, Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmovun isə 212 milyon manat dövlət vəsaitini mənimsədikləri ortaya çıxdı və onların hər üçü 4 ay müddətinə həbs edildi.

 

Əslində təkcə 3 qurumda ortaya çıxan 488 milyon manatlıq yeyinti faktı Muxtar Respublikada 30 ilə yaxındır tüğyan edən korrupsiyanın kiçik bir hissəsidir. Bu səbəbdən də Talıbovun istefasından sonra Naxçıvanda kütləvi həbslərin olacağı istisna edilmir.

 

Bir sıra mənbələr bildirirlər ki, Talbovun Bakıda olduğu dövrdən DTX əməliyyatlarını daha da sürətləndirib və bu barədə qarşıdakı günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Talıbovların 30 milyardlıq sərvətinin taleyi necə olacaq?

 

Uzun illərdir Naxçıvanı idarə edən Talıbovların nəinki ölkə daxilində, hətta xaricdə də milyonlarla dollarlıq bahalı mülklərinin olduğu deyilir. Bu barədə mətbuatda gedən xəbərlərə görə, Talıbov və onun övladları dövlətdən oğurladıqları vəsaitlər hesabına xarici ölkələrdə (Əsasən Dubay və Batumi şəhərlərində-red.) 100 milyonlarla dəyəri olan mülklərə sahibləniblər.

 

Yerli mətbuatda gedən xəbərlərə görə, Talıbovlar Naxçıvanda yaratdıqları monopoliya ilə 30 milyard dollardan artıq qazanc əldə ediblər. Hazırda Talıbovların Naxçıvanda, paytaxt Bakıda və müxtəlif ölkələrdə sayısız-hesabsız mülkləri, əmlakları və obyektləri mövcuddur.

 

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, hələlik sözügedən məsələ ilə bağlı Azərbaycanda belə bir nümunə qeydə alınmayıb: “Vaxtı ilə dövlətə Talıbovlardan da böyük ziyan vuran şəxslər olub. Amma bu vəsaitlərin onda birini geri ödəməyiblər. Halbu ki, oğurlanmış dövlət əmlakının geri qaytarılmasıyla bağlı qanun mövcuddur. Ancaq hələlik biz bu qanunun icrasını görə bilmirik”.

 

S. Cəlaloğlunun fikrincə, Talıbovların da oğurladıqları, taladıqları dövlət vəsaitlərini geri qaytaracaqları ehtimalı azdır: “Qeyd etdiyim kimi, hələlik belə bir nümunə yoxdur. Onlar da bilir ki, ən ağır cinayətlə, korrupsiyayla məşğul olsalar da, sonda həmin vəsaitin 90 faizi özlərinə qalır. Belə şəxslər risk edirlər və nəhəng pullar mənimsəyirlər. Ən yaxşı halda onun 3-5 miyonunu dövlətə qaytarıb, həyatlarına milyonçu kimi davam edirlər”.

 

Dövlətdən oğurlanan vəsaitlər necə geri qaytarıla bilər?

 

Son illər DTX-nin timsalında həbs edilən icra başçılarının qanunsuz yolla əldə etdikləri büdcə vəsaitlərini necə geri qaytardıqlarının şahidi oluruq.

 

Həbs olunan məmurların illərlə xalqdan və dövlətdən oğurladıqları vəsaitin bir qismi müsadirə olunaraq dövlətə qaytarılır. Məsələn, bir müddət əvvəl təkcə İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin evində 5 milyon dollardan atıq vəsait aşkarlanmışdı. Onun çoxsaylı əmlakları müsadirə olundu.

 

Bu onu göstərir ki, korrupsiya faktlarına görə həbsə alınan orta səviyyəli bir məmurun mal-mülkünü müsadirə etməklə dövlət büdcəsinə on milyonlarla manat vəsaiti qazandırmaq mümkündür.

 

Belə olan halda Talıbovların böyük varidatını müsadirə etməklə, büdcəyə nə qədər böyük vəsaitin daxil olacağını təsəvvür etmək çətin deyil. Hər halda, bu vəsaitin Muxtar Respublikanın dirçəldiməsinə və ya Qarabağdakı quruculuq işlərinə yönləndirilməsi daha ədalətli olardı.

 

Bəs, qanunla bu prosedur necə tənzimlənir?

 

Bu barədə vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, ilk növbədə məhkəmələr cinayət işi üzrə müsadirə edilməli əmlakın, vəsaitin olub-olmaması məsələsini həll etməlidir:“Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbir sayılır. Yəni, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır:

 

1) Şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla)

 

2) Şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla);

 

3) Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi;

 

4)Terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak”.

 

Vəkil qeyd edir ki, müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir:“Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.

 

Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

İqtisadi Şuranın növbəti iclası keçirildi

Növbəti Yazı

Qarabağla bağlı istənilən müzakirədə tərəf kimi iştirak etməyə hazırıq – Arutyunyan

XƏBƏR LENTİ

Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21
Gündəm

“Neptun” qurğusunun yedəklənmə əməliyyatı uğurla başa çatıb

2025/06/10 - 13:39
Gündəm

Azərbaycanda “İnsan Hüquqları Aylığı”: Uşaq Hüquqları -Diqqət Mərkəzində 

2025/06/06 - 13:43
Gündəm

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib

2025/06/05 - 21:53
Gündəm

Səlcuq Bayraktardan Azərbaycanda quruğu şirkətlə bağlı paylaşım – VİDEO

2025/06/05 - 18:58
Gündəm

ZGTTZ-nin əməkdaşının çəkdiyi fotolar Ermitaj muzeyində sərgilənib 

2025/06/05 - 12:21
Gündəm

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa edilmiş növbəti gəmi istismara verilib 

2025/06/04 - 11:24
Gündəm

ADK məzunu olan dənizçilərə ADDA-ya imtahansız qəbul imkanı yaradılıb 

2025/06/03 - 13:53
Gündəm

Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirilib 

2025/05/30 - 18:01
Gündəm

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib 

2025/05/30 - 17:46
Gündəm

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

2025/05/27 - 17:01
Gündəm

Türkiyənin Dövlət Maliyyəsinin Rəqəmsallaşdırılması təcrübəsi Azərbaycana ötürülür – FOTOLAR

2025/05/27 - 16:58
Gündəm

“Azəriqaz” İB-nin təşkilatçılığı ilə mediatur: Gəldilər, gəzdilər, gördülər! – Video 

2025/05/27 - 16:53
Gündəm

Üç ölkənin lideri Laçın aeroportunun açılışını edəcək

2025/05/27 - 15:54
Gündəm

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb 

2025/05/26 - 11:41
Gündəm

ASCO nümayəndələri “Petrobras”ın tərəfdaşlarla keçirdiyi görüşdə iştirak ediblər 

2025/05/23 - 16:50
Gündəm

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

2025/05/23 - 16:34

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.