Daxili İşlər Nazirliyinin rayon mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 18:00 radələrində Tərtər rayon polis şöbəsinə Qızıloba kəndində mina partlaması ilə bağlı məlumat daxil olub. İdarədən verilən məlumata görə, yerli sakin Həsənəli Əlizadə heyvanlara qulluq edərkən minaya düşüb. O, ayağından yaralanıb, xəstəxanaya yerləşdirildikdən sonra həkimlər gəncin sol ayağını amputasiya etməli olublar.
Polis əməkdaşları zərərçəkmişi xəstəxanaya təxliyyə ediblər. Hazırda rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.