25:08 - 4:10
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Siyasi və ictimai iştirakçılığın təsirləri – İnkişafa mane olan davranış stereotipləri qırılmalıdır

02.04.2024 - 9:21
A A

Azərbaycanda yeni qəbul edilən siyasət mexanizmlərinin cəmiyyət tərəfindən birmənalı qarşılanmamasının əsas səbəblərindən biri də qərarqəbuletmə prosesində iştirakçılığın təmin edilməməsidir. Ölkədə siyasi iştirakçılığın aşağı olması (parlamentdə, yerli idarəetmədə alternativ siyasi qüvvələrin olmaması) səbəbindən yeni hazırlanan mexanizmlər əsasən bağlı qapılar arxasında müzakirə edilir və hazırlanır. Fərqli maraq qruplarının prosesdə iştirakçılığının olmaması səbəbindən hazırlanan mexanimzlər sadəcə bir qrupun mövqeyini ifadə etmiş olur. Bu baxımdan, ölkədə hazırlanan yeni siyasət mexanizmlərinin həm effektivliyinin artırılması, həm də, cəmiyyət tərəfindən daha çox dəstək görməsi baxımından ölkədə siyasi iştirakçılıq da yüksək səviyyədə olmalıdır.
Vətəndaş cəmiyyəti təşəbbüsləri maarifləndirmə, monitorinq, ictimai nəzarət və ictimai vəkillik kimi sahələrdə ciddi töhfələr vermək imkanlarına malikdir. Həmçinin, ekspert qruplarının yeni mexanizmlərin hazırlanmasında iştirakçılığının təmin edilməsi həm qarşıya çıxa biləcək çətinliklərin öncədən təyin edilməsi, həm də ictimaiyyətin dəyişikliklərin mahiyyətindən daha məlumatlı olması baxımından fayda verə bilər. Ancaq, indiki halda Azərbaycan qanunvericiliyində vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı tənzimləmələrin sərt olması və icra hakimiyyəti orqanlarının müstəqil ekspertlərlə müzakirələrə qapalı olması yeni mexanizmlərin hazırlanması prosesinin bu müsbət təsirlərdən məhrum olmasına gətirib çıxarır.

Media da yeni mexanizmlərin tətbiqinə münasibətin formalaşmasında təsir imkanlarına malikdir. Hazırda Azərbaycanda müstəqil media orqanlarının resurslarının məhdud olması bu media orqanlarının geniş əhali qruplarına çıxışını və daha ətraflı bilgilərə çıxış imkanını məhdudlaşdırır. Rəsmi və hökumətə yaxın media orqanlarına isə ictimai marağın böyük olmaması səbəbindən bu media orqanlarının da prosesdə iştirakçılığı zəifdir. Bütün bunlar son nəticədə media orqanlarının yeni dəyişikliklərin müzakirəsi və əhaliyə çatdırılması ilə bağlı fəaliyyətinə mənfi təsir edir. Halbuki, media orqanlarının fəaliyyətinin daha yaxşı təşkil edilməsi həm dəyişikliklərin mahiyyətinin vətəndaşlara çatdırılması, həm də narahatlıqların öncədən müəyyən edilməsi baxımından fayda verə bilər.

Siyasət mexanizmlərinin icrası üçün istifadə olunan alət və tədbirləri institutlarla qarışıq salmamağın vacibliyini vurğulamaq lazımdır. Nəzərə almaq lazımdır ki, burada tarif və vergi rejimlərinin dəyişilməsi məsələnin daha sadə tərəfidir. İşin daha əhəmiyyətli tərəfi dövlət sektoru daxilində davranış modellərinin və hökumətin müxtəlif sahələrə nəzərən münasibətinin necə dəyişməsidir. Ona görə də islahatlardan gözlənilən əsas dəyişikliklər yeni kəmiyyət məhdudiyyətləri və tariflərin səviyyəsi yox, ondan sonrakı mərhələdə qərarların necə qəbul edilməsi və necə icra edilməsinə münasibətdə yaradacağı yeni qaydalar və gözləntilərdir. Yeni tənzimləmələr yalnız siyasət mexanizmlərinin parametrlərini yox, həm də indiyəcən mövcud olmuş və inkişafa mane olan davranış stereotiplərini dəyişməlidir. Agora-az.org

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Qaz sızması ilə mübarizə üçün yeni üsul yaradılıb 

Növbəti Yazı

İctimai nəqliyyat yetərsizdir 

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.