Son vaxtlar əli pula öyrəşmiş əksər tibb personalının sığortalı xəstələrlə qeyri-insanı rəftarı barədə istər pasiyentlərin özlərindən, istərsə də yaxınlarından tez-tez şikayətlər daxil olur. Sosial şəbəkələr də belə xəbərlərlə aşıb-daşır. Azadmedia.az xəbər verir ki, bu dəfə xəstəyə qeyri-insani rəfrar Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Reanimasiya şöbəsindən gəldi. Xəstəyə reanimasiyada işgəncə verilib. Daha doğrusu özünü narahat hiss edən xəstəyə diqqət göstərmək, sakitləşdirmək əvəzinə, əlini-qolunu bağlayıb nəzarətsiz saxlayıblar, nəticədə xəstənin ayaqlarını bağlanan ip kəsik-kəsik edib.
Elnurə Abuşova
