Serbiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynadakı son istifadəçini silahla təmin etməsi ilə bağlı məlumatı təkzib edib. RAPORT.az-ın məlumatına görə bu barədə RİA Novosti dövlət müdafiə departamentinin bəyanatına istinadən xəbər verir.
O, həmçinin bildirib ki, nazirlik silah və hərbi texnikanın ixracı ilə bağlı qərarlar qəbul edərkən beynəlxalq məhdudiyyətləri və BMT Təhlükəsizlik Şurasının sanksiyalarını rəhbər tutur.
Bundan əvvəl Serbiyanın baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah göndərmədiyini və bu ölkələrə hərbi məhsulların vasitəçilər vasitəsilə tədarükünə icazə vermədiyini bildirmişdi.