Seçki Məcəlləsinin bu maddəsi pozulur. Bu barədə İsa Qəmbər sosial media hesabında yazıb.
“Mən bir qayda olaraq 20 saylı Nərimanov II seçki dairəsinin 23-cü məntəqəsində səs verirəm. Bu gün də saat 8-dən bir az keçmiş səsvermədə iştirak etdim.
Məntəqədəki lövhədə seçki komissiyası üzvlərinin siyahısı yox idi. Bunun səbəbini soruşdum, komissiya sədri “bilmirəm” dedi. Amma məncə səbəbini yaxşı bilir.
Seçki Məcəlləsinin 36.2 maddəsində aydın şəkildə deyilir ki, məntəqə seçki komissiyasının üzvləri
“müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.”
Hazırda əksər məntəqə seçki komissiyalarında Seçki Məcəlləsinin bu maddəsi pozulur.
Və bu çox ciddi qanun pozuntusudur!” – o qeyd edib.