25:11 - 12:17
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

“Şahdağ” Turizm Mərkəzində yay turizm mövsümü başlayıb

19.06.2024 - 16:04
A A
İyunun 15-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.

Tədbir zamanı ölkənin, eləcə də “Şahdağ” Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin turistlərə təklif olunan mövcud və yeni turizm məhsulları haqqında təqdimat nümayiş olunub.

Tədbirdə çıxışı zamanı cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların sayının 965 555 nəfər təşkil etdiyini və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artımın olduğunu deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.
Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.


Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.
O, hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq ,kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu turizm məhsullarının mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində aktiv marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.

Kompleks ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncələrin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələrin həyata keçiriləcəyini deyib. O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib

Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisisinin salınacağını bildirib.
Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətlərindən, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından iyun ayının 15-dək olan müddət ərzində “Şahdağ” Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 000 nəfərə yaxın təşkil edib.









ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Təhsil alanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır 

Növbəti Yazı

ADY gecikməyə görə sərnişinləri üçün əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edib 

XƏBƏR LENTİ

Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53
Gündəm

Dünyanın məşhur idmançıları Türkiyənin Qara dəniz bölgəsinə toplaşdı

2025/10/07 - 23:18
Gündəm

Yusif Eyvazovun Üzeyir Hacıbəylinin “Koroğlu” operasındakı əsrarəngiz ifası milli opera üçün yeni dövrün başlanğıcıdır

2025/10/06 - 16:51
Gündəm

Kapadokyanın Ortahisar kəndi 2025-ci ildə dünyanın ən gözəl kəndləri siyahısına daxil edildi – FOTOLAR

2025/10/03 - 11:03
Gündəm

TİKA Azərbaycanda həkim və tibb işçiləri üçün “Böyrək daşı müalicəsi” mövzusunda təlim proqramı təşkil etdi

2025/09/26 - 0:24
Gündəm

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin -FOTOLAR

2025/09/22 - 13:45
Gündəm

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

2025/09/18 - 11:23
Gündəm

İstanbulda TEKNOFEST başlayıb

2025/09/18 - 11:18
Gündəm

“Zülfi Hacıyev” kran gəmisinin əsaslı təmiri başa çatıb 

2025/09/17 - 10:33
Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.