2023-cü ildə Rusiyadan gələn 1 milyondan 2 milyona qədər turist bu ölkədəki qiymət artımı səbəbindən Türkiyədə istirahət etməkdən imtina edə bilər. Raport.az TASS-a istinadla xəbər verir ki, bu fikri Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti, “Russian Ekspress” turoperatorunun baş direktoru Taras Kobişşanov bildirib.
ATOR-un vitse-prezidentinin sözlərinə görə, ruslar Tailand, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarında tətilə keçəcəklər.