Rusiya və İran nümayəndələri aviasiya sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Raport.az rus mediasına istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş bildirib.
Məhəmmədi-Baxş qeyd edib ki, Federal Hava Nəqliyyatı Agentliyi “bu sahədə İran standartlarını tanıyıb” və “gələcəkdə təyyarələrin təmiri üçün iki ölkənin istehsalı olan istənilən ehtiyat hissələrinin birgə istifadəsi mümkündür”.