Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun sammiti çərçivəsində onun nəticələrini yekunlaşdıran sənəd qəbul edilib. Raport.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı deyib.
“Bu sammit əməkdaşlıq və həmrəylik nümunəsinə çevrildi”, – deyən nazir, təşkilat ölkələrinin COVİD-dən sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməli olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddətinin bu il başa çatmasına baxmayaraq, ölkənin Qoşulmama Hərəkatına yardımı və əməkdaşlığı fəal şəkildə davam edəcək.