İçərişəhər Qoruğu restoranlar məkanına çevrilir. Hər tərəf qarış-qarış satılır. Görünür, azlıq edib. Bu dəfə hədəf divarlardı.
Bu barədə məşhur memar Elçin Əliyev paylaşım edib:
“Dostlar, sizi bilmirəm, amma şəxsən mən Azərbaycan məmurları ilə fəxr edirəm! Dünyanın heç bir yerində şəhər büdcəsinə bu qədər xeyir vermək istəyi yoxdur!
Tezliklə Bakıda bir dənə də olsun boş yer qalmayacaq – hər şey Vətənin xidmətinə veriləcək və doğma dövlətimizin rifahına xeyli gəlir gətirəcək!
Təbrik edirəm”.