Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində əkilən “Azərşəkər” MMC-nin nar bağlarının məhsulu ilk dəfə toplanıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Raport.az-a verilən məlumata görə, bu günə kimi 133 ton məhsul satılıb. Sinqapur, Kanada və Rusiyaya 16 tona yaxın məhsul ixrac edilib, məhsulun 117 tonu isə daxili bazarda satılıb. Məhsulların satışından əldə olunan gəlirin bir hissəsi YAŞAT fonduna köçürüləcək.