ProtoThema-nın məlumatına görə, Polşadan uçan Ryanair təyyarəsi bomba xəbərdarlığından sonra Afinaya enib.
Partlayış təhlükəsi ilə əlaqədar təyyarəni F-16 qırıcıları müşayiət edib və xüsusi təyinatlılar da Afina beynəlxalq “Eleftherios Venizelos” hava limanına hərəkət ediblər.
Boeing 738-in göyərtəsində 192 nəfərin olduğu qeyd edilir. Portalın məlumatına görə, hava limanında enişdən sonra layner xüsusi təhlükəsiz yerə aparılacaq. Raport.az