Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 71 nəfər saxlanılıb. Həmin şəxslərdən 52-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 39-u barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 5 kiloqram heroin, marixuana, metamfetamin və narkotik tərkibli həblər çıxarılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.