25:09 - 12:58
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

14.06.2025 - 11:24
A A

“Veysəloğlu” Şirkətlər Qrupunun Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə jurnalistlər üçün elan olunmuş müsabiqə yekunlaşıb. Müsabiqənin nəticələri və mükafatlandırma mərasimi isə media ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb.

Dünən keçirilən mükafatlandırma mərasimi zahirən təntənəli görünsə də, tədbirin sonunda bir çox imzası tanınan jurnalist tədbiri məyusluq və narazılıqla tərk edib. İddialara görə, müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsi zamanı obyektivlik prinsipi kobud şəkildə pozulub.

Uzun illərdir media sahəsində fəaliyyət göstərən, xüsusilə iqtisadi jurnalistika üzrə ixtisaslaşmış bir çox tanınmış qələm sahiblərinin yazılarının müsabiqənin əsas mükafatlarına layiq görülməməsi birmənalı qarşılanmayıb. Jurnalistlərin sözlərinə görə, yazıların məzmunu, peşəkarlıq səviyyəsi və analitik yanaşma əvəzinə, münsiflər heyətinin qərarlarında daha çox şəxsi münasibətlər, iştirakçıların hansı media qurumunda çalışdığı və müsabiqəni təşkil edən qurumlara yaxınlığı əsas rol oynayıb.

Mərasimdə səhnəyə dəvət edilən adlar da jurnalistlərin bu narahatlığını gücləndirib. Belə ki, bir redaksiyanın dörd əməkdaşının, digərinin isə iki əməkdaşının eyni müsabiqədə mükafat alması, bununla yanaşı, illərin peşəkar jurnalistlərinin sadəcə “həvəsləndirici mükafat” və ya simvolik təşəkkürnamə (100 manat məbləğində) ilə kifayətlənməsi haqlı suallar doğurub.

Ən çox narazılıq doğuran məqamlardan biri isə müsabiqədə yalnız dövlət qurumlarına bağlı media subyektlərinin və “Veysəloğlu”nu tənqid edən, şirkəti daim təzyiq altında saxlayan KİV-lərin əməkdaşlarının ailəvi şəkildə mükafatlandırılması olub. Bu fakt bir daha müsabiqənin nəticələrinin ədalətliliyini şübhə altına alıb.

Narazı jurnalistlər həm Mətbuat Şurasının, həm də “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələrinə açıq şəkildə etirazlarını bildiriblər. Onlar bəyan ediblər ki, gələcəkdə bu qurumların adının hallandığı heç bir müsabiqədə iştirak etməyəcəklər.

Qeyd edək ki, bu cür narazılıqlar son dövrlərdə media müsabiqələrinin keçirilməsində şəffaflıq və peşəkarlıq meyarlarının zəiflədiyini bir daha ortaya qoyur. Media cameəsi bu cür təşəbbüslərin yalnız reklam və görüntü xatirinə deyil, həqiqətən də jurnalistikanın inkişafına və peşəkar əməyin dəyərləndirilməsinə xidmət etməsini gözləyir.

Elnurə Abuşova
Azadmedia.az

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

Növbəti Yazı

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

XƏBƏR LENTİ

Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25

SEÇMƏ

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir....

Daha çox oxu

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.