Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub və hazırda həkim nəzarətindədir. Raport.az bildirir ki, bu barədə cümə günü onun mətbuat katibi Aidos Ukibay bildirib.
“Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Birinci prezidentin həyatına heç bir təhlükə yoxdur. Hazırda o, müşahidə altındadır”, – Ukibay Twitter-də yazıb.
Ukibay bildirib ki, əməliyyat məşhur kardiocərrah Yuri Pyanın rəhbərliyi altında Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində keçirilib.
Xatırladaq ki, 30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayevin hazırda 82 yaşı var. O, 2019-cu ilin martında dövlət başçısı vəzifəsindən istefa verib.