Bu gün Xaçmaz rayonu Nabran qəsəbəsi ərazisində yerləşən “El Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
Yaxınlarının diqqətindən kənar qalan azyaşlı nəzarətçilərin də səhlənkarlığı səbəbindən hovuza düşüb.
Hadisədən sonra istirahət mərkəzinin hovuzu bağlanıb, nəzərdə tutulmuş əyləncə proqramı ləğv edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.