25:12 - 1:08
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Nərimanov rayon prokurorluğu müəmmalı ölümü araşdırmaq istəmir – ŞİKAYƏT

05.06.2024 - 9:57
A A
Mərhum Şükürov Böyükağa Böyükkişi oğlunun yaxınları ölüm səbəbi ilə bağlı cinayət işinin başlanmasını istəsə də, hansısa əl buna mane olur, müxtəlif səbəblərlə ölüm işinə görə cinayət işinin başlanmasını uzadır.

Ölüm haqqdır. Adətən yaxınlarımız rəhmətə gedəndə vəfatı ilə barışmasaq da, qəbullanmalı oluruq. Torpaq ürəklərə sərinlik gətirir deyirlər. Dəfndən sonra elə bu təsəlli ilə də qalan ömrümüzü həyatda qalan əzizlərimizin könlü şad olsun deyə, toxdaq görünürmüş kimi keçirməyə çalışırıq. Amma Şükürov Böyükağa Böyükkişi oğlunun dünyasını dəyişməsi və tələsik dəfni onun bacı və qardaşlarının ürəyinə nəinki sərinlik gətirib, əksinə, qardaşlarının müəmmalı ölümü və narahat ruhu onların da yuxusunu ərşə çəkib.

Azadmedia.az-a mərhumun qardaşı Şükürov Qabil müraciət edib. Onun sözlərinə görə mərhum qardaşı özünə, sağlamlığına baxan adam olub.
Bir gün bacı-qardaşlar xəbər tutur ki, qardaşları vəfat edib, amma bunlara xəbər verilməyib. Mərhumun ailə üzvlərinin ölümə müxtəlif səbəb gətirmələri mərhum Böyükağanın qardaş və bacılarının şübhəsini biraz da artırıb.
Qardaşın ölümü ilə qəbullanmayan bacı-qardaşlar adından qardaşlardan biri Qabil Şükürov Baş Prokurorun və digər hüquq-mühafizə orqanlarının qəbulunda olub.
Qəbuldan sonra ölüm səbəbinin həkim səhlənkarlığının olub-olmamasının müəyyən olunması ilə bağlı ikinci dəfə ekspertiza təyin olunmuş və həmin ekspertiza Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”-nə həvalə olunmuşdur. Həmin ekspertiza tərəfindən Səhiyyə Nazirliyinin Ekspertiza Şöbəsindən fərqli olaraq qoyulan suallar müfəssəl şəkildə cavablandırılmış və ekspertiza rəyindən məlum olmuşdur ki, mərhumun vəfatına səbəb məhz həkimlər tərəfindən xəstəyə dinamik nəzarətin aparılmaması və cərrahi müdaxilənin vaxtında edilməməsi olmuşdur.
Şikayətçi ilə söhbət zamanı bildirdi ki, ölüm saatı hər kağızda müxtəlif vaxt yazılıb. Deyir bizi inandırmaq üçün bir foto təqdim ediblər. Guya mərhumun son dəqiqələridir. 3 nəfərin əhatəsindədi mərhum, amma hər üçü müxtəlif geyimdə. Xəstəxanadırsa, hansı otaqdı, personallar niyə bu geyimdədir?

Niyə ölüm saatları müxtəlif vaxt göstərilib? Niyə bacı-qardaşlara demədən tələsik dəfnə çalışlblar? Əgər ağır vəziyyətdə xəstəxanada yatıbsa, niyə bacı-qardaşlara məlumat verilməyib? Səhiyyə Nazirliyinin Ekspertiza Şöbəsi ölüm səbəbini hansı maraqlar əsasında gizlədib?
Qabil Şükürov deyir o qədər suallar var ki, fikirləşirəm bəlkə də naməlum şəraitdə ölüb, İstanbul NS Klinikasında hansısa maraqlar qarşılığında guya orda vəfat etməsi düz-qoş edilib…
Mərhumun qardaşı deyir ki, qardaşlarının ruhu narahatdır, bu, onun doğmalarına da əzab verir. Mərhum Şükürov Böyükağanın qardaş-bacıları qardaşları Şükürov Qabilin timsalında Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Bakı Şəhər Prokuroru Elşən Abbasova, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyova saytımız vasitəsilə bir daha müraciət edərək, işin ədalətli araşdırılmasını xahiş edirlər. İnanırıq ki, ölüm işi araşdırılacaq, haqq-ədalət yerini tapacaq.
Sonda Qabil Şükürovun təqdim etdiyi məktubu, sənədləri və müəmmalı fotonu təqdim edirik. Şikayətçinin sözlərinə görə, “niyə xəstənin başı üstündəkilər müxlətif geyimdədir, İstanbul NS klinikasında belə geyinirlər?” sualından sonra təhqiqatçı bu şəkli işin arasından götürüb.
İş üzrə iki dəfə ekspertiza təyin edilib. ilkin ekspertiza Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə tapşırılmışdır. Lakin Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən göstərilən suallar, ümumiyyətlə, cavablandırılmamış, ekspertiza tədqiqatı aparılmamış və rəydə təsviri-əsaslandırıcı tədqiqat metodları göstərilməmişdir.
Fakt üzrə cinayət işi başlanılmalı olduğu halda Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmır. Prokurorluğun hansı səbəbdən cinayət işi açmaq istəməməsi suallara yol açır.
Ölüm səbəbinin araşdırılmasını 3-cü dəfə təkrar Səhiyyə Nazirliyin Ekspertizasına veriblər rəy üçün. O ekspertiza 1-ci dəfə nə etdi ki, yenə nəsə gözlənilsin? Özü-özünü təkzib edən qərar verəcək? Bütün bunlar cinayət işinin başlanmasını uzatmaq və əngəl yaratmaq deyilmi?
Mövzuya qayıdacağıq.

Qeyd: Şikayətçinin göndərdiyi sənədləri və əlaqədar şəxslərə yazdığı məktubu təqdim edir, inanırıq ki, haqq-ədalət yerini tapacaq



ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Azərbaycanda müsadirə edilmiş əmlakın hərraca çıxarılması ilə bağlı təlimat təsdiqlənib

Növbəti Yazı

İzmirin Birgi kəndi, Türkiyə yaşıl təyinat modeli olacaq -FOTO

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.