25:05 - 8:55
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Nəqliyyat sahəsindəki dəyişikliklər niyə birmənalı qarşılanmır?

03.04.2024 - 3:54
A A

Nəqliyyat sahəsindəki dəyişikliklər niyə birmənalı qarşılanmır?

Aktuallığı nəzərə alıb Agora-az.orgun şərhini təqdim edirik.

Son dövrlər Azərbaycanda nəqliyyat sahəsində ciddi dəyişikliklər həyata keçirilir. Mərkəzi küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması (28 May metrosunun və Xəqani bağının ətrafı), velosiped və avtobus zolaqlarının çəkilməsi, taksi fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi, parkinq qiymətlərinin artırılması bunlardan bəziləridir. Bu dəyişikliklərlə bağlı sosial mediada gedən müzakirələrdən aydın olur ki, yeni qərarlara münasibət həm vətəndaşlar, həm də ekspert icması arasında birmənalı deyil. Bəs ayrılıqda pozitiv addımlar kimi görünən dəyişikliklərin yekunda ictimaiyyət tərəfindən tam dəstək ala bilməməsinin səbəbləri nələrdir?

 

İqtisadi səbəblər

 

Nəqliyyat sahəsində tətbiq edilən dəyişikliklərə münasibətin birmənalı olmamasının əsas səbəblərindən ən vacibi ölkədə mövcud sosial-iqtisadi vəziyyətlə bağlıdır. Çünki, bu dəyişikliklərin yan təsirləri həm də insanların xərclərinin artması (parkinq və taksi xərcləri) və iş yerlərini (taksi sürücülüyü) itirməsidir. Son illərdə kəskin inflyasiyanın insanların sosial durumuna təsiri və əmək bazarında yeni iş tapmaq imkanlarının kifayət qədər olmaması nəqliyyat sahəsindəki dəyişikliklərin, – bu sahədə müsbət dəyişikliklərə səbəb olsa belə, – iqtisadi olaraq insanlara mənfi təsir yaratması cəmiyyətdə yeni dəyişikliklərə münasibətin müsbət olmamasına səbəb olur.

 

Taksi sahəsi ilə bağlı vəziyyət bu məsələdə daha aydın təəssurat yaradır. Hökumət 2023-cü ildə də taksi sahəsi ilə bağlı bəzi tənzimləmələr həyata keçirmişdi. Həmin vaxt taksi fəaliyyəti ilə bağlı rüsumların artırılmasından sonra taksi şirkətləri minimum qiymət həddi (2 manat 50 qəpik) müəyyən etmişdi. Bir müddət öncə Nəqliyyat və yüksək texnologiyalar nazirliyinin rəsmisi mətbuata açıqlamasında bildirib ki, bu dəyişikliklərin tətbiqindən sonra Bakıda fəaliyyət göstərən taksilərin sayı 67 mindən 60 minə enib. Yəni, taksilərin sayı  təxminən 10% azalıb.

 

Bu dəyişikliyin nəqliyyat sahəsinə gətirdiyi dəyişikliyə gəlincə isə, eyni müddət ərzində Bakı şəhərində taksi gedişlərinin sayı 14% azalıb. Bir gedişin orta məsafəsi 8.5 km-dən, 10 km-ə yüksəlib. Yəni, taksi gedişlərinin 14% azalması (nəqliyyat sıxlığının nisbətən azalması) təxminən 7 min insanın iş yerini itirməsinə səbəb olub. Yəni həmin siyasət qurularkən bu dəyişikliklərin mənfi təsir göstərdiyi qrupların maraqları nəzərə alınmayıb və təsirləri azaltmaq üçün tədbirlər görülməyib.

 

Taksi nəqliyyatı ilə bağlı iyul ayının 1-dən etibarən nəzərdə tutulan dəyişikliklərdən aydın olur ki, qarşıdakı aylarda bu sahədə daha çox insan iş yerini itirəcək. Ən böyük təsir imkanına malik olan dəyişiklik taksi fəaliyyətində istifadə edilən avtomobillərə gətirilən 15 il tələbidir. İyul ayından etibarən istehsal tarixi 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Rəsmi rəqəmlər göstərir ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən taksi avtomobillərinin 62%-nin yaşı 15 ildən çoxdur. Yeni tənzmiləmələrdən sonra hazırda taksi kimi istifadə edilən avtomobillərin təxminən üçdə ikisi artıq taksi fəaliyyəti üçün yararlı olmayacaq. Bu isə on minlərlə insanın iş yerini itirmə təhlükəsi deməkdir. Çünki, bir tərəfdən daha yeni və dolayısıyla bahalı avtomobil almaq heç də bütün sürücülər üçün çatımlı olmayacaq. Digər tərəfdən bu tənzimləmələr taksi qiymətlərini bahalaşdırdığı üçün daha az insan taksidən istifadə edəcək. Bu isə həmin sektorda həm də tələbin azalağı deməkdir.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Gürcüstan ABŞ-dan gürcü hakimlərə qarşı sanksiyaları ləğv etməyi xahiş edib 

Növbəti Yazı

İstanbulda naməlum şəxs otelə atəş açıb 

XƏBƏR LENTİ

Gündəm

Rəqəmsal imza bazarında monopoliya aradan qalxır: SİMA rəqabəti gücləndirir

2025/05/13 - 11:29
Gündəm

Prezident Yaşar Güləri qəbul etdi

2025/05/13 - 11:18
Gündəm

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15
Gündəm

Prezident təsdiq etdi: Sosial xidmətlərin sayı artırıldı

2025/05/12 - 10:45
Gündəm

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16
Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22

SEÇMƏ

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.