25:09 - 4:22
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Misli azərlotereya insanları belə aldadır – Fotofakt

29.10.2023 - 22:28
A A
Azərbaycanda mərc bazarının əsas inhisarçısı Misli azerlotoreya şirnikləndirici reklamlarla insanların cibinə girməklə kifayətlənməyib, fırıldaqlara əl atmağa başlayır. Azadmedia.az 2 gündə 2 fakt ortaya çıxarıb

Birində vətəndaş 2 kuponla 865 manat udsa da, Mislinin Qarayev məntəqəsində məbləği verməkdən imtina edir, işçinin əmsallarda səhv ertdiyini bildirirlər.
Azərlotereya ASC-nin rəsmi cavabını oxuyaq – (Qarşılaşdığınız halda bir neçə oyunun əmsalının qarışıq düşməsi halı yaşanmışdır (“səhv əmsal”). Oyun industriyasında belə hallar mümkündür. Buna görə də, qanunvericilik bu halı tənzimləyir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiqlənmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 4.18-ci maddəsinə uyğun olaraq, oyun əmsallarında səhv varsa və bu səhvə uyğun olaraq mükafatın ümumi məbləği hesablanıbsa, Operator düzgün əmsalları tətbiq edərək uduşların ümumi məbləğini hesablamaq və iştirakçıya qazanılan mükafat kimi bu hesablamanın nəticəsində meydana gələn məbləği ödəmək hüququna malikdir. Yəni, məsələn, əmsal 19 kimi verilibsə, lakin əslində 1.9 olmalı idisə, qazanılan mükafat ilkin verilən yanlış 19 əmsalı ilə deyil, 1.9 əmsalı ilə hesablana bilər.
Bundan başqa, adı çəkilən Qaydaların 6.5-ci maddəsində qeyd edilir ki, proqramda elan olunan əmsallar başlanğıc əmsallardır və Operatorun riskin idarə edilməsi mərkəzi zəruri hesab edərsə, bunları dəyişdirmə hüququna malikdir.
Göründüyü kimi, Operator qanunvericiliyə uyğun hərəkət etmişdir).
İşçi 1 kuponda səhv etsin, hər iki kuponda “səhv etməsi” təsadüf sayıla bilərmi? Kuponların arxasında yazılıb ki, yekun əmsal kupondaki əmsal hesab olunur…


İkinci fakt canlı mərc proqramında statistikanı, hesabları səhv göstərməsidir. Təsəvvür edin, şirnikləndirici vədlərinə inanıb, bütün qazancını, hətta kredit kartlarındakı pulları uduzan sadəlövh vətəndaş uduzduğu pulları qaytarmağa həvəslənir, hesabı başqa mənbədən dəqiqləşdirmədən tələsik pul qoyuluşu edir. Fakt açıqlananda da adını texniki səhv qoyurlar. Bu “texniki səhvlər” nədənsə həmişə Mislinin xeyrinə səhvlər olur. Son günlər belə “texniki problemlər” dəfələrlə olur və maraqlıdır ki, şirkət bu problemi aradan qaldırmağa çalışmır…
Yerləşdirdiyimiz nümunədən göründüyü kimi, “Kolos” – “Dinamo” qarşılaşmasında hesab 1:1 olsa da, həmin vaxt “Misli” canlı proqramda qonaq komandanın 1:0 öndə olduğunu göstərir, özü də qələbə əmsalı fantastik. Tamahına yenik düşən vətəndaş da tələsik qələbəyə pul yatırır, bir də onda ayılır ki, uduzub…


Faktın ikisini yazdım. Bəlkə də belə faktlar minlərlədir.

Xatırlatma üçün “Misli”nin və “pozqazan”ların Azərlotereyanın gəlirlərinə təsirini təqdim edirəm.
“Azərlotereya”nın lotereyaların satışından və mərc oyunlarından cəmi gəlirləri 4 il ərzində belə sürətlə artıb.

2022 – 258.2 milyon manat
2021 – 43.9 milyon manat
2020 – 49.9 milyon manat
2019 – 59.3 milyon manat
2018 – 40.5 milyon manat

Büdcəsi 5 ildə 40 milyondan 260 milyonu keçən Azərlotereya ASC, pul gəldikcə, daha çox gəlməsini istəyirsiz, bircə ictimai tualetlərdə və mənzillərdə reklamınız yoxdu. Əksər medianı da verdiyiniz aylıq paketlərlə susdurmusuz. Amma irin-qanlıdı, göz yaşılıdır sadaladığım yollarla qazandıqlarınız. Bir gün mütləq hüquqi dövlətdə yaşayıb fəaliyyət göstərməyinizin fərqində olacaqsınız, İlahi ədalət də öz yerində.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəhayət hərəkətə keçəcək. Səbrimiz böyükdü, biz gözləyək, gözləməyimiz vətəndaşların fırıldaqla aldadılması, uduzulan pullara görə ailələrin dağılması, intiharların baş verməsi hesabına olsa belə…

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

İqtisadi strateji hədəflər

Növbəti Yazı

İtaliyada bir şəhərin küçələrində sirkdən qaçan şir insanları qorxudub 

XƏBƏR LENTİ

Gündəm

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13
Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32

SEÇMƏ

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.