Hərbidə şərəfsiz rəhbərlər təmizlənməyincə naməlum şəraitdə ölümlər də çox olacaq…
Meyiti tapılan əsgərlərə görə iki hərbçi həbs edilib.
2 il əvvəl Laçında əsgərlər – Fərid Məmmədov və Firdovsi Abdullayev itkin düşmüşdülər.
Bir müddət sonra onların cəsədləri tapılmışdı.
Hərbi Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi açılıb.
Təqsirləndirilən hərbçilərə 329.2.1-ci (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə), 329.2.6-cı (işgəncə verməklə törədildikdə) və başqa maddələr üzrə cinayət işi açılıb.