25:08 - 3:34
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Media xidmətləri göstərən onlayn platforma fəaliyyətə başlayıb – Azərbaycanda İLK

06.09.2024 - 10:45
A A

Azərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir arada təqdim edən “MediaServis” adlı internet platforması fəaliyyətə başlayıb.

Bu barədə Moderator.az-a platformanın rəhbəri jurnalist Elgün Mənsimov məlumat verib.
Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformada media sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək. Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Sayt üç dildə – Azərbaycan, rus və ingilis dillərində yayımlanır.

E.Mənsimov qeyd edib ki, sifariş əsasında “MediaServis” tərəfindən istənilən mövzu və janrda məqalələr, reportajlar hazırlanır və redaktə olunmuş formada sifarişçiyə təqdim olunur. “MediaServis” xəbər, məqalə, elan və reklamların sayt və qəzetlərdə dərcini də təşkil edir. Bundan başqa, istənilən mövzuda olan məqalələrin ingilis, rus və fransız dillərinə tərcüməsi (eləcə də əksinə) edilir: “Bütün bunlar media sektorunda çalışan təcrübəli jurnalist və tərcüməçilər tərəfindən həyata keçirilir. Eyni zamanda, sifariş əsasında müxtəlif sahələr üzrə obyektlərə, idarə və müəssisələrə mediaturlar təşkil edilir, həmçinin jurnalistlərin konfranslarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunur. Tədbir və mərasimlərin peşəkar foto və videoçəkilişləri də bizim xidmət sahələrinə daxildir”.

Platformanın rəhbəri bildirib ki, “MediaServis” xüsusən də kütləvi informasiya vasitələri (KİV) üçün bir özəllik təqdim edir. Belə ki, istənilən media obyektinin məsul şəxsləri www.mediaservis.az-a daxil olaraq “Xəbər al” bölməsində təqdim olunan özəl xəbərləri və araşdırma yazıları əldə edə və onu öz məhsulları kimi media resurslarında dərc edə bilərlər. Məhsulu alan şəxsə müəlliflik hüququ da verilir. Müəlliflik hüququ verilməyən məqalələrdə isə “MediaServis”ə istinad mütləqdir.

Həmçinin, bu sayt üzərindən jurnalistlər, eləcə də ayrı-ayrı şəxslər (istənilən vətəndaş) maddi gəlir əldə edə bilərlər. Belə ki, onlar özəl xəbər və araşdırma yazılarını www.mediaservis.az vasitəsilə sata biləcəklər. Təqdim edilən yazılar plagiat olmadan, maraqlı, gündəmə uyğun, eləcə də peşəkar yazılmalıdır. Bu yazılar ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra saytın ana manşetində – “XƏBƏR AL” bölməsində bağlı formada yerləşdirilir. Həmin xəbər və ya məqalə öncədən müəyyən edilmiş məbləğə satıldığı təqdirdə bu məbləğin 90 faizi müəllifə təqdim olunur. Bu zaman anonimliyə tam zəmanət verilir.

E.Mənsimov əlavə edib ki, “MediaServis”in göstərdiyi xidmətlərlər bunlarla da bitmir. Platforma KİV-də monitorinq, konfrans və tədbirlərin təşkili, media hüquq məsləhətxanası kimi əlavə xidmətlər də təqdim edir.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Bəs, Nahid Bağırov niyə həbs edilmədi? – Həbs olunan Əlişir Süleymanovun kirli zabit “şərəfi…”

Növbəti Yazı

“Chain Reaction Baku 2024”: Türkiyənin Web3 innovasiyaları təqdim ediləcək

XƏBƏR LENTİ

Gündəm

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb 

2025/07/29 - 11:25
Gündəm

2025/2026-cı tədris ili üzrə qəbul çərçivəsində nəticələrin ilkin siyahısı müəyyən olunub 

2025/07/29 - 11:23
Gündəm

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır 

2025/07/27 - 8:56
Gündəm

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə – FOTOLAR  

2025/07/25 - 11:39
Gündəm

Bakı metrosunda 35 milyonluq müqavilə kimə qazandıracaq? 

2025/07/24 - 11:48
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanı haqqında bədii film çəkilir 

2025/07/24 - 11:27
Gündəm

Deputatın “Çovdar çörəyi” – biznes imperiyasına qısa baxış 

2025/07/23 - 9:21
Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.