25:12 - 2:39
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

MEDİA Vyanada keçirilən “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbirdə iştirak edib

15.03.2023 - 11:04
A A

 

Vyanada Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

Vyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.
Geniş auditoriya üçün açıq qapı formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.
Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssisi Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən siyasi akademiya – Karl Renner İnstitutununda Mərkəzi və Şərqi Avropa üzrə hüquq və siyasət məsləhətçisi Anis Bajrektarevic; Çin və Qloballaşma Mərkəzinin baş əməkdaşı, Tsinxua Universitetinin Araşdırma Mərkəzinin baş məsləhətçisi, Vyana Amadeus Beynəlxalq Məktəbinin baş beynəlxalq məsləhətçisi, köşə yazarı və “China Daily”, “China Global TV Network”, “China Radio International”ın şərhçisi Dr. Harvey Dzodin; Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva; “freelance” jurnalist, “blogger” Adnan Hüseyn çıxış edib.
Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib. O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrin partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyəsində təmin edilməsinin vacibliyini vurğulayıb.
Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışmış, ermənilərin basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında geniş məlumat vermişdir.
Dr. Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların araşdırılması və tətbiq edilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.
Adnan Hüseyn jurnalistlərin mürəkkəb məsələlərin və perspektivlərin aydınlaşdırılmasına kömək edən, qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasında mühüm rol oynadığını, həqiqətlərin ictimaiyyətə çatdırılmasına müstəsna töhfə verdiyini qeyd etmiş, istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki qələbədən sonra uzun illər boyu Azərbaycanın saxta xəbərlərə məruz qaldığını bildirmişdir.

Tədbir çərçivəsində münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdiyi problemlər və risklər barədə məlumat verilib, onların təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi üçün potensial həll yollarının müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.



ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Antropoloqlar Avropada ilk qətl qurbanını tapdılar

Növbəti Yazı

DİM narazılıqları görməməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır – Deputatdan ŞƏRH 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.