25:12 - 8:59
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir

05.01.2025 - 22:42
A A

Elnurə Abuşova

Mətbuat xidməti jurnalistlərin yaralı yerlərindən biridir. Bəzən mətbuat xidməti rəhbəri mediadan gəldiyini unudur, öz həmkarlarına qarşı sayğısızlıq göstərir, unudurlar ki, onlar o vəzifəyə jurnalistin suallarına cavab vermək üçün təyin edilib. Məmurlaşan mətbuat xidməti rəhbərləri də az deyil təəssüf ki.
Mətbuat xidmətləri ilə jurnalistlərin əməkdaşlığı hər zaman gündımdədir. Onlar arasında əlaqələri gücləndirmək və medianın funksionallığını artırmaq üçün bir sıra tədbirlər həyata keçirmək olar.
Həm mətbuat xidmətləri, həm də jurnalistlər üçün peşəkar etik kodeks və qarşılıqlı əməkdaşlıq haqqında təlimlər təşkil edilməlidir. Bu, tərəflərin gözləntilərini və iş prinsipini anlamağa kömək edər.
Təklif edirəm ki, qurumlar məlumatların vaxtında və tam şəkildə çatdırılması üçün effektiv platformalar yaratsınlar.
Rəqəmsal platformalarla iş güclənməlidir. Jurnalistlər üçün xüsusi elektron müraciət platformaları yaradılmalı, bu platformalar vasitəsilə sorğuların vaxtında cavablandırılmasını izləmək mümkün olmalıdır.
Sadə sorğuların avtomatik cavablandırılması həyata keçirilməli və təcili mövzular üzrə xəbərlər gecikməməlidir
Sorğuların cavablandırılması üçün müəyyən müddət qoyulmalı və bu standartlara əməl etməyənlər hesabat, hətta istefa verməlidir.
Media qurumları, jurnalist təşkilatları və qeyri-hökumət təşkilatlarına mətbuat xidmətlərinin fəaliyyətini monitorinq etməyə şərait yaradılmalıdır.
Mətbuat xidmətləri və jurnalistlər arasında dövrü olaraq dialoqlar təşkil edilməlidir.
Son vaxtlar qurumların öz sahələri haqqında maarifləndirici tədbirlər keçirməsi təqdirəlayiqdir. Jurnalistlər daha dəqiq və operativ məqalələr hazırlaya bilirlər.
Bəzən eksklüziv məlumat hüququmuz pozulur. Ənənəvi media qurumları üçün eksklüziv məlumatların paylaşılması əvəzinə məlumat media qrupuna göndərilir, yaxud dövlətdən dəstək alan media nümayəndələrinə, öz tanışlarına göndərirlər.
Son vaxtlar həmrəylik hiss edilmir. Jurnalistlər sosial medianın rəqabəti ilə mübarizə aparmaq üçün birlikdə hərəkət etməli, öz aralarında əməkdaşlığı artırmalıdır.
2024-cü ildə ən çox müraciət etdiyim mətbuat xidməti rəhbərləri ƏƏSMN-dən Fazil Talıbov və komandası, BŞTİ-dən Bəşarət Məmmədov və komandası, TƏBİB-in mətbuatla səlahiyyətli şəxsləri, ETSN-dən İradə İbrahimova, işlərimizi ASANlaşdıran Elnur Niftəliyev, ASCO-dan Mehman Mehdiyev və komandası, Elm və Təhsil Nazirliyinin media ilə əlaqə quran əməkdaşları, İqtisadiyyat Nazirliyindən Leyla Zamanova və komandası, Vergilər Nazirliyindən Şahin Məmmədov, Dövlət Turizm Agentliyindən Gülnar Mustafayeva və komandası, Azəriqaz İB-dan Eldəniz Vəliyev, Azərişıq ASC-dən Pərvanə Kazımzadə, MEDİA-dan İlkin Nadirov, AQTA-dan İlkin Həsənli və Rəşad Mehdili, Kapitalbank-dan Arzu Əliyeva olub və hər birinin operativliyi təqdirəlayiqdir. Azərlotereyadan tənqidi yazılarım olsa da, Fidan xanım xəbərlərimi heç vaxt gecikdirməyib. QHT Agentliyindən Ülviyyə xanımın da cavabı çox gecikmir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Gülnar xanım da hər dəfə əhatəli cavablar yazır. AQUPDK-dan Teymur Merdanoglu sosial şəbəkə üzərindən problemlərə münasibət bildirir. Güc nazirliklərindən media ilə mükəmməl işləyən qurum DİN-in Mətbuat xidməti komandasıdır. Sözün həqiqi mənasında rəqib tanımırlar.
Veysəloğlu MMC-nin də media komandasında canlanma hiss olunur son zamanlar. Davamlı olsun!
Adlarını unutduğum qurumlar, üzürlü hesab etsinlər və əmin olsunlar ki, şikayətim yoxdu.
Narazı olduğum qurumlar özlərinə “kruq” yaradanlardı. ADY, Baş prokurorluq və digərləri. İnanıram ki, gələcəkdə onlar da vəzifələrinin öhdəsindən layiqincə gələcək. AYNA adlı qurumun nə varlığını hiss edirəm, nə yoxluğunu. AYNA adı gələndə yalnız tıxacların səbəbkarı gəlir göz önünə, bir də sürücülərə şərait yaratmaqdansa gücü cərimə yazmağa çatanlar. Ona görə də mətbuatında heç kimlə əlaqəm yoxdu, heç onlar da media üçün olan qruplarında məni görməkdə maraqlı olmayıblar, görünən.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

ASCO tarixində ilk dəfə iki xanımı motorçu kimi işə qəbul edib 

Növbəti Yazı

2024-cü ildə Türkiyədə əsaslı arxeoloji kəşfləri – FOTOLAR 

XƏBƏR LENTİ

Gündəm

ADDA və GIZ rəqəmsal əməkdaşlıq imkanlarını müzakirə edib

2025/12/04 - 13:02
Gündəm

Mənəvi Səyahət: Konyada Şəb-i Arus mərasimləri – FOTOLAR

2025/11/29 - 13:40
Gündəm

Ordubadda ilkin səhiyyə xidməti gücləndirilir 

2025/11/26 - 18:55
Gündəm

Şərur Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıqlar təhvil verildi 

2025/11/24 - 21:08
Gündəm

Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR

2025/11/24 - 12:11
Gündəm

Türkiyədə Magistr Təhsilinin üstünlükləri…

2025/11/20 - 14:29
Gündəm

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20
Gündəm

“Xocalı” gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb 

2025/11/14 - 11:42
Gündəm

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur 

2025/11/13 - 13:00
Gündəm

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb 

2025/11/13 - 12:53
Gündəm

Azərbaycan və Türkiyədən olan şəhid övladları “Türk övladı” marşını səsləndiriblər – VİDEO

2025/11/07 - 15:24
Gündəm

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

2025/11/05 - 11:37
Gündəm

Türkiyənin turizm gəlirləri 50 milyard dollara çatdı – Fotolar 

2025/11/05 - 11:34
Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb

2025/10/26 - 19:54
Gündəm

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib

2025/10/23 - 12:44
Gündəm

Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib

2025/10/21 - 11:14
Gündəm

Bu payız Şanlıurfada dünyanın ən qədim Neolit irsini kəşf edin – FOTOLAR

2025/10/18 - 12:57
Gündəm

Dünya idmançıları yenidən Kapadokyada toplanır -FOTOLAR

2025/10/15 - 12:41
Gündəm

Tikintisi davam edən sayca üçüncü RoPax tipli gəmi-bərədə yeniliklər tətbiq olunacaq 

2025/10/10 - 12:16
Gündəm

Türkiyənin kruiz turizmi son 12 ilin zirvəsinə çatdı, 18 limanda 1,5 milyon sərnişin qəbul edildi – FOTOLAR

2025/10/09 - 13:53

SEÇMƏ

Türkiyənin qədim marşrutlar və təbiət möcüzələri ilə dolu gizli dünyasını kəşf edin

2025/11/19 - 19:20

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə...

Daha çox oxu

Aralıq dənizinin sirli guşəsi Fəthiyə

2025/09/15 - 19:18

Türkiyə coğrafiyası və təbiət quruluşu baxımından dünyanın ən unikal turizm bölgələrindən biri hesab olunur. İqlim şərtlərinin müxtəlifliyi, dəniz, dağ və...

Daha çox oxu

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/15 - 19:13

Platforma.az - Son illərdə Avropada yay tətilini uzatmaq meyli güclənir. Avropa Turizm Komissiyasının (ETC) “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi” hesabatının 22-ci...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.