25:05 - 11:43
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Mətbuat Şurası Oktay Əliyevin həlak olması hadisəsi ilə bağlı mediadakı təqdimatlardan narazılıq ifadə edən məlumat yaydı 

24.03.2023 - 16:12
A A

Mətbuat Şurası Oktay Əliyevin həlak olması hadisəsi ilə bağlı mediadakı təqdimatlardan narazılıq ifadə edən məlumat yaydı.

Raport.az xəbər verir ki, məlumatda Əməkdar mədəniyyət işçisi, tanınmış rejissor və prodüser Oqtay Əliyevin yol qəzasında dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı media orqanlarındakı təqdimatlarda, sosial şəbəkə paylaşımlarında nəinki Azərbaycan Jurnalistlərin Etik Davranış Qayadalarının pozulması halları, ümumən, insani normalara ciddi sayğısızlıq elementlərinin müşahidə edilməsindən bəhs edilib:

“Xüsusən mərhumun yaxınlarının emossional durumunun təsviri ziyalılar, söz və fikir adamları arasında haqlı narazılıq doğurub. Özünü peşəkar sayan və ya peşəkarlığa iddia edən heç bir kütləvi informasiya vasitəsi və jurnalist bir insan faciəsini cəmiyyətə belə xoşagəlməz formada təqdim etməməliydi. Təəssüf ki, biz bu durumun şahidi olduq.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.6-cı bəndində göstərilir ki, “bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır”.

Göründüyü kimi, bədbəxt hadisə – yol-nəqliyyat qəzası baş verib. Qəza ilə üzləşənlər, bilavasitə, ictimai fiqur anlayışının əhatə dairəsinə daxil olmasalar da, hər halda, ölkədə kifayət qədər tanınan şəxslərdir. Bu mənada medianın hadisəyə maraq göstərməsi təbii sayıla bilər.

Ancaq faciənin təsiri ilə anlaqsız hala düşmə səhnələrinin görüntülənməsində heç bir ictimai motiv yoxdur. AJEDQ-nın həmin prinsipinin 3.2-ci bəndində göstərilir ki, “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”. İndiki halda mərhum O.Əliyevin doğmalarının şəxsi həyatlarına kobud müdaxilə var. Yenə həmin prinsipin 3.3-cü bəndində bildirilir ki, “jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz”.

Hesab etsək ki, O.Əliyev, onun ailə üzvləri sıradan vətəndaş deyillər, bildirdiyimiz kimi, cəmiyyətdə tanınmış şəxslərdir, hətta, bu halda da məlum təqdimatlar vətəndaşın şəxsi həyatına aid məsələlərin açıqlanması kimi qeyri-peşəkarlıq kontekstində qiymətləndirilməyə layiqdir. Çünki insan emossional durumunun, üzüntü təsvirlərinin hazırkı təqdimatında hər hansı fayda yoxdur. Belə təqdimatlar mərhum Oqtay Əliyevin ruhuna ehtiram, yaradıcılığına dəyər nümunəsi deyil, əksinə, dəyərin və ehtiramın ikinci plana çıxarılmasıdır.

Azərbaycan Mətbuat Şurası bir daha media orqanlarına, jurnalistlərə müraciət edərək, insanların üzləşdikləri faciəli durumların və onlarla əlaqədar məqamların yayımlanmasına həssas yanaşmağa çağırır. Həssaslıq ən böyük peşəkarlıqdır.

Allah Oqtay Əliyevə rəhmət eləsin!”.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

Növbəti Yazı

Bir az milli olmaq yetər

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.