25:07 - 9:33
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Laçında 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə gününə həsr olunmuş idman tədbiri keçirilib

01.06.2024 - 16:56
A A
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə Xüsusi nümayəndəliyi, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası birlikdə Laçın şəhərində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kütləvi idman tədbiri təşkil ediblər. Hazırda Laçın rayonunda fəaliyyət göstərən iki təhsil müəssisəsinin – şəhər 2 saylı və Zabux kənd tam orta məktəblərinin komandaları arasında mini-futbol oyunu keçirilib. Laçına qayıdışın başlanmasının birinci ildönümünə təsadüf edən tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, məktəblilər, valideynlər, ictimai fəallar iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması uğrunda canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər arasında təbliğat-təşviqat işlərinin aparılması, doğma yurda geri dönən ailələrdən olan uşaqların idmana marağının artırılması məqsədi daşıyan tədbirin aşılış mərasimində qeyd edilib ki, gənc nəslin mənəvi və fiziki cəhətdən sağlam böyüməsinə hərtərəfli dəstək verilməsi Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu sahəyə xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verir.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov tədbirdə çıxış edərək bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, Laçın rayonunda aparılan bərpa-quruculuq işləri geri qayıdan sakinlər üçün yüksək səviyyədə yaşayış şəraitinin təmin olunmasına yönəlib. Onların bədən tərbiyəsi və idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün də imkanlar yaradılır. Şəhərdə və yenidən salınan yaşayış məntəqələrində müasir tələblərə cavab verən idman qurğuları inşa edilib və istifadəyə verilib. Uşaqlar və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olmağa həvəsləndirilirlər. M.Məmmədov laçınlıların öz ata-baba yurdlarına qayıdışının getdikcə daha geniş miqyas aldığını, ölkə rəhbərliyinin bununla bağlı məsələləri daim diqqətə saxladığını vurğulayıb. O, rayonun özünməxsus idman ənənlərinin olduğunu, laçınlı uşaq və gənclərin Azərbaycan idmanının inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib, hazırda rayonda fəaliyyət göstərən iki məktəbin komandaları arasında keçiriləcək mini-futbol oyununun iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Azərbaycan futbolunun veteranı Asim Xudiyev, Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova, Zabux kəndinin sakini İlham Əliyev çıxış edərək, Laçına və işğaldan azad edilmiş digər ərazilərə Böyük Qayıdışın başlanmasının xalqımıza böyük sevinc bəxş etdiyini bildirib, doğma yurda geri dönən insanların yeni yaşayış mühitinə uyğunlaşması istiqamətində tədbirlərin əhəmiyyətini vurğulayıb, bu baxımdan, yerlərdə  idman yarışlarının təşkilinin əhəmiyyətli olduğunu bildiriblər.

Oyun başlanmazdan əvvəl hər iki məktəbdən, ümumilikdə 70-dən çox şagirdə  Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən, hədiyyə olaraq, futbol topu, geyimi və ayaqqabısı hədiyyə edilib. Maraqlı keçən oyunda Laçın şəhər 2 saylı tam orta məktəbin komandası 2:1 hesabı ilə qalib gəlib.

Axırda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Dünya şöhrətli alim Aziz Sancar “Türk dünyasının qapısı” Naxçıvana səfərə gəlib

Növbəti Yazı

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

XƏBƏR LENTİ

Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.