25:09 - 12:52
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Mədəniyyət

Kukla Teatrının bölgələrə qastrolu davam edir

24.03.2023 - 15:06
A A

Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın bölgələrə qastrol səfərləri həyata keçirilir.

Layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan və Lənkəran şəhərlərinə səfər edib.

Paytaxt kuklaçıları salyanlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən “Müsyö Jordan və dərviş Məstəli şah”ı göstəriblər.

Məlumat üçün deyək ki, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.
Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Eyni gün Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli Uşaq evində də olan kuklaçılar balacalara xoş anlar yaşadıblar.

Əvvəlcə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirən heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdiriblər.
Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim ediblər.

Uşaq evinin rəhbərliyi mütəmadi onların qonağı olan teatr kollektivinə təşəkkür edib, onların hər gəlişinin uşaqlar üçün əsl bayram olduğunu vurğulayıb.

Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Qubada əməliyyatlar zamanı 2 nəfər saxlanılıb

Növbəti Yazı

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

XƏBƏR LENTİ

Gündəm

Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür — ŞİKAYƏT

2025/09/11 - 12:52
Gündəm

“Sağlam Vərdişlər – Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi 

2025/09/09 - 22:20
Gündəm

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40
Gündəm

Texnologiyanın ürəyi yenidən İstanbulda atacaq- TEKNOFEST-ə qeydiyyat BAŞLADI

2025/09/06 - 18:39
Gündəm

Türkiyənin ən gözəl turizm şəhərləri – FOTOLAR

2025/09/05 - 13:46
Gündəm

Gecə muzeylərindən sualtı macəralara : Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri – FOTOLAR

2025/09/04 - 11:16
Gündəm

“Dədə Qorqud” tankeri Xəzərdə yenidən yükdaşımalara cəlb olunub 

2025/09/02 - 11:40
Gündəm

Qallipoli Wreck Fest 2025: Çanaqqalanın sualtı irsi dünya gündəmində

2025/09/01 - 12:45
Gündəm

Bosfor Kuboku 24-cü dəfə İstanbulda keçiriləcək –FOTOLAR

2025/08/29 - 11:34
Gündəm

ADDA-da Azərbaycan və ingilis dilində tədris üçün nəzərdə tutulan plan yerləri tam dolub

2025/08/26 - 17:12
Gündəm

Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”

2025/08/26 - 12:36
Gündəm

Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib – FOTOLAR

2025/08/20 - 11:37
Gündəm

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43
Gündəm

Sabiha Gökçen Hava Limanında keçid sürətləndirilib

2025/08/14 - 9:55
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir – FOTOLAR

2025/08/12 - 16:36
Gündəm

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50
Gündəm

Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan quru bağlantısında tarixi addım olacaq

2025/08/09 - 20:38
Gündəm

Qara dənizin təbiət və mədəniyyət mərkəzi Giresun FOTO

2025/08/08 - 12:32
Gündəm

Türkiyənin Qara dəniz bölgəsində  3 məşhur turizm marşurutu – FOTOLAR

2025/08/06 - 12:00
Gündəm

TBMM-də tarixi gün: “Terrorsuz Türkiyə” üçün komissiya işə başladı

2025/08/05 - 17:25

SEÇMƏ

Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edi Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin

2025/09/09 - 16:40

Avropada yay tətilini uzatmaq meyli son illər getdikcə güclənir. Avropa Turizm Komissiyasının (ETC) dərc etdiyi “Avropa İçi Səyahətlərə Marağın Monitorinqi”...

Daha çox oxu

Türkiyənin cənnəti Tekirdağ –  FOTOLAR

2025/08/14 - 10:43

Turizmin əsas dayaqları sözsüz ki, tarixi-mədəni abidələr və əlverişli təbii resurslardır. Məhz bu səbəbdən qardaş Türkiyədə turizm sürətlə inkişaf edir....

Daha çox oxu

Kappadokiya, hər səyyahın arzusundakı məkan indi də Michelin bələdçi xəritəsindədir

2025/08/11 - 14:50

Son günlər sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bir mənzərə var: səhərin ilk işıqları altında Kappadokiyanın “pəri bacaları” üzərində süzülən rəngbərəng...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.