25:05 - 2:29
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Sağlamlıq

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi və Təcili təxirəsalınmaz tibbi yardım bölməsi əsaslı təmir olunub

01.03.2023 - 20:43
A A

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə keyfiyyətli və operativ tibbi xidmət göstərmək üçün aparılan struktur islahatları və yeniliklər davam edir.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin və Təcili təxirəsalınmaz tibbi yardım bölməsinin əsaslı təmir olunduqdan sonra açılışı baş tutub.
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və b. iştirak edib.
K.Ələkbərov Toksikologiya şöbəsi və Təcili təxirəsalınmaz tibbi yardım bölməsində olan yeniliklər, yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. Bildirib ki, yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.
Əsaslı təmir olunan Toksikologiya şöbəsi 1982-ci ildə yaradılıb. Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsi artıq tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrakorporal metodlardan istifadə edilir. Şöbə süni tənəffüs aparatları, defibrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz edilib. Struktur olaraq arakəsmələr şüşədən düzəldilib ki, bu da tibb personalının xəstələri mütəmadi nəzarətdə saxlamasına imkan verir. Reanimasiya otaqları 4-ü uşaqlar üçün olmaqla çoxfunksiyalı 12 çarpayı, monitor, infuzomat və perfuzorlarla təchiz olunub.
Toksikologiya şöbəsindəki reanimasiya otaqlarının hər biri ayrı-ayrılıqda mərkəzi havalandırma sistemi ilə təmin edilib. Belə havalandırma sistemi COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin təcrübəsindən irəli gəlir ki, bu da ölkədə hər hansı bir epidemioloji vəziyyət yarandığı təqdirdə şöbə strukturunun o istiqamətdə dəyişməsinə imkan verəcəkdir.
Şöbədə kəskin dərman zəhərlənmələrində çox effektiv olan hemosorbsiya (qanın təmizlənməsi) üçün müasir avadanlıqlar, o cümlədən kəskin böyrək çatışmazlığı halları üçün 2 yerlik hemodializ və osmos aparatı ilə təchiz edilib. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün Barokamera bölməsi yenidən bərpa edilib. Yeyici turşularla zəhərlənmə zamanı yemək borusunun, mədə və onikibarmaq bağırsağın müayinəsi üçün ən müasir endoskopiya otağı yaradılıb.
Şöbədə tibb personalı üçün paltar dəyişmə otağı, duş-kabinlər və mətbəx yenidən təmir olunub.
Əsaslı təmir olunan Təcili təxirəsalınmaz tibbi yardım bölməsi isə 6 müşahidə çarpayısı, bir canlandırma otağı (CPR), rentgen və kompüter tomoqrafiya cihazı (KT) ilə təchiz edilib.
Terapevtik yönümlü ürək-damar xəstələri (miokard infarktı, kəskin ürək çatışmazlığı və s.), nevroloji xəstələr (beyin qan dövranının kəskin pozğunluğu, insult və s.) Təcili yardım bölməsinə gətirildikdən sonra xəstənin vəziyyətinin ilkin qiymətləndirməsi aparılır, müvafiq müayinə və tibbi yardım göstərildikdən sonra Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilir. Bununla da terapevtik reanimasion xəstələrin digər korpusun təcili yardım bölməsindən buraya gətirilməsinə sərf edilən vaxt itkisi aradan qaldırılır. Bölməyə daxil olan infeksion şübhəli xəstələr havalandırması ayrı olan izolyator otaqda yerləşdirilir.
Əlavə olaraq bölmədə tam müşahidə-kamera sistemi quraşdırılıb ki, bu da xəstələr və xidmət göstərən tibb işçilərinin izlənilməsinə imkan yaradır.



Your Content Goes Here

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Beynəlxalq Qadınlar Günü münasibətilə “Güc təcəssüm etdirən qadınlar” kampaniyasına başlayır

Növbəti Yazı

Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi qeyd olunub – VİDEO

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.