Keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz qalan mənzillərin satışı 23 yanvar 2023-cü il tarixindən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış https://ms.sosial.gov.az elektron portalı vasitəsilə həyata keçiriləcək.
Raport.az-ın Mənzillərin daxili kreditlə satışı həyata keçiriləcəkmi? sualına SXA-nın mətbuat xidmətinin rəhbəri Murad Həşimov cavab verib ki, elə formada satış nəzərdə tutulmur. Mənzillərə Kupça veriləcək. Mənzillərə kupça verildiyi üçün ipoteka predmeti də sayıla bilər. Bunun üçün ev almaq istəyənlər banklara müraciət edilə bilərlər.