İşğaldan azad olmuş torpaqlarda ilk dəfə imtahan keçiriləcək. Raport.az-ın sorğusuna cavab olaraq DİM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarov məlumatı təsdiqləyib və bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində 11-ci siniflərin buraxılış imtahanı keçiriləcək. Hazırda Ağalı kəndində 2 şagird məzun olsa da, bunun hamımız üçün əhəmiyyəti böyükdür.
DİM sözçüsü qeyd etdi ki, martın 12-də keçiriləcək imtahanda 51 minə yaxın şagirdin iştirak edəcəyi nəzərdə tutulub. İmtahan 30-dan çox şəhər və rayonu əhatə edəcək, o cümlədən Zəngilanın Ağalı kəndini.