25:07 - 9:47
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

İRAQ TÜRKMƏNLƏRİ DEAŞ-IN MOSULDAKI “QƏTLİAM QUYUSUNDAN” YAXINLARININ CƏSƏDLƏRİNİN QALIQLARININ ÇIXARILMASINI GÖZLƏYİR

24.07.2024 - 18:42
A A

İraqın Mosul şəhərinin Telafər bölgəsinin yaxınlığında aşkar edilən, terror təşkilatı DEAŞ-ın bölgəyə nəzarət etdiyi 2014-2017-ci illər arasında öldürülən və Telafərli türkmənlər olduğu təxmin edilən kütləvi məzarlıqdan meyit qalıqlarının çıxarılması üçün işlərə başlanılıb.

İllərdir itkin düşən yaxınlarından xəbər ala bilməyən minlərlə İraq türkməni yaxınlarının cəsədlərinin DEAŞ-ın “qətliam quyusundan” çıxarılmasını gözləyirlər.

Terror təşkilatı DEAŞ Telafer rayonundan təxminən 10 kilometr cənubda yerləşən və yerli xalq arasında “Allav Anter” quyusu kimi tanınan, dərinliyi 100 metrdən çox olan quyuya “Cəhənnəm quyusu” adını verib.

DEAŞ 9 iyun 2014-cü ildə bölgəni nəzarət altına aldıqdan sonra öldürdükləri minlərlə insanı bu quyuya atıb.

Türkmənlər DEAŞ tərəfindən qaçırılan və aqibəti haqqında məlumat ala bilmədikləri yaxınlarının bu quyuya atıldığını bildirir.

Türkmən qurumlarının, dərnəklərinin və qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə bu kütləvi məzarlıq 10 ildən sonra İraq hökuməti tərəfindən açılıb və cəsədlər çıxarılmağa başlanıb.

Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondunun rəhbəri Turhan Ketene verdiyi açıqlamada terror təşkilatı DEAŞ tərəfindən kütləvi məzarlığa çevrilən bu dərin quyuda 1000-dən çox Telafer türkməninin cəsədinin olduğunu bildirib.

T.Ketene terror təşkilatı DEAŞ-ın bölgəni nəzarətə götürdüyü 2014-2017-ci illər arasında minlərlə Telafər türkmənini qaçırdığını və onların taleyi ilə bağlı heç bir məlumat olmadığını qeyd edib.

Quyunun kütləvi məzarlıq olduğunu 6 il əvvəl hökumət rəsmilərinə çatdırdıqlarını bildirən Ketene son vaxtlar başlayan cəsəd və qalıqların çıxarılması prosesinin davam etməsini istəyib.

Beynəlxalq insan haqları bəyannaməsinə görə DEAŞ-ın burada insanlığa qarşı kütləvi qətllər törətdiyini xatırladan Ketene cəsədlərin çıxarılması işlərinə ara verilməməsini və minlərlə itkin düşmüş şəxsin cəsədinin ən qısa zamanda tapılmasını istəyib.

Qadın və uşaqlara aid qalıqlar da var

Telafer rayon bələdiyyə başçısı Halil Muhsin isə qeyri-hökumət təşkilatlarından aldıqları məlumat və sənədlər əsasında quyuda 1500-dən çox cəsədin olduğunu təxmin etdiklərini bildirib.

Quyudakı cəsədlərin qalıqlarının çıxarılması üçün işlərin təxminən ay yarımdır davam etdiyini bildirən Muhsin kütləvi məzarlıqda hələ də çox sayda itkin düşmüş şəxsə aid cəsədin olduğunun təxmin edildiyini vurğulayıb.

Muhsin Telafərdə tapılan quyudan başqa bir çox kütləvi məzarlığın olduğunu, lakin hələ də aşkar edilmədiyini bildirib.

Çıxarılan cəsədlər arasında çox sayda uşaq və qadına aid qalıqlar olduğunu bildirən Muhsin işlərin sürətləndirilməsini və DNT analizinin aparılmasını istəyib.

Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fonduna bağlı Türkməneli İnsan Haqları Mərkəzinin Telafer koordinatoru Əli Həbib terror təşkilatı DEAŞ-ın daha əvvəl yayımladığı görüntülərə və bölgə xalqından olan şahidlərin ifadələrinə əsasən quyuda öldürülən türkmənlərin cəsədlərinin olduğunu bildirib.

Həbib 2017-ci il dekabrın 9-da DEAŞ-ın bölgədən çıxarılması və Mosulun geri alınmasından dərhal sonra bu kütləvi məzarlıq ilə bağlı hökumətin mühüm orqanlarına müraciət etdiklərini və İraq Baş Nazirliyinə, Birləşmiş Millətlər Təşkilatına, İraq İnsan Haqları və Baş nazirliyə bağlı Şəhidlərin Hüquqları Təşkilatına sənədləri təqdim etdiklərini qeyd edib.

Apardıqları araşdırmalara və mərkəzlərinə edilən müraciətlərə görə Telaferdə 1300-dən çox türkmənin taleyi ilə bağlı məlumat olmadığına diqqət çəkən Həbib bu dərin quyuda minlərlə cəsədin olduğunu təxmin etdiklərini ifadə edib.

Təxminən ay yarım davam edən iş zamanı quyudan 200-dən çox cəsəd qalıqlarının çıxarıldığını bildirən Həbib qalıqların DNT analizi aparılması üçün İraq Səhiyyə Nazirliyinə göndərildiyini bildirib.

Həbib quyudakı kütləvi məzarlığın DEAŞ-ın bölgədən təmizlənməsindən sonra Mosulda tapılan ən böyük kütləvi məzarlıq olduğunu bildirib.

Həbib toz fırtınası və isti havanın işləri çətinləşdirdiyini söyləyib.

“Cəsəd axtarışı çətin şəraitdə aparılır. Yaxınlarını itirən minlərlə insan buradakı işləri yaxından izləyir. 10 il gözləmək asan deyil”, – deyə o bildirib.

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul, Səlahəddin və Enbarı bütünlüklə, Diyalə və Kərkük şəhərlərinin isə bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində terror təşkilatından geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-İbadi 2017-ci il dekabrın 9-da terror təşkilatına qarşı qələbəsini elan edib.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Əziz Əlibəylinin komandası imza toplamağa başladı

Növbəti Yazı

“Şahdağ”da şəhid və qazi ailələri üçün tədbir təşkil edilib 

XƏBƏR LENTİ

Gündəm

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

2025/07/16 - 13:47
Gündəm

DNA Tədqiqatı Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya aşkarladı – FOTOLAR

2025/07/16 - 8:22
Gündəm

ADDA-nın yaradılmasından 29 il ötür 

2025/07/15 - 11:51
Gündəm

2025-ci ilin ilk 6 ayında gəmilərlə daşıma göstəriciləri açıqlanıb 

2025/07/14 - 15:00
Gündəm

Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” -FOTOLAR

2025/07/09 - 10:44
Gündəm

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

2025/07/07 - 11:44
Gündəm

Bir il əvvəl istismara verilən “Zəngilan” tankeri ilə indiyədək 266 min tondan çox yük daşınıb 

2025/07/02 - 11:21
Gündəm

ASCO-da maraqların toqquşmasının qarşısının alınmasına dair təlim keçirilib 

2025/07/01 - 14:45
Gündəm

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir 

2025/06/30 - 13:12
Gündəm

Əfsanəvi çex və yapon avtomobillərindən ibarət karvan “Azərbaycan” gəmi-bərəsi ilə Qazaxıstana çatdırılıb 

2025/06/30 - 13:10
Gündəm

“Rəsul Rza” gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb 

2025/06/24 - 16:01
Gündəm

Tarixlə təbiətin qovuşduğu anadolu incisi Bitlis

2025/06/24 - 12:58
Gündəm

“Gənc Turizm Liderləri–2” adlı düşərgə təşkil olunub 

2025/06/23 - 16:39
Gündəm

“Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə 66 min kilovat-saatdan çox enerji hasil edilib 

2025/06/21 - 10:19
Gündəm

ASCO-da iqlimlə bağlı korporativ idarəetmə layihəsi üzrə yekun görüş keçirilib 

2025/06/19 - 17:37
Gündəm

Türkiyənin sahil şəhərlərini  yaxta turları ilə kəşf edin- FOTOLAR

2025/06/18 - 12:10
Gündəm

“İrandan Türkiyəyə miqrasiya dalğası başladı” iddiası həqiqəti əks etdirmir – Rəsmi

2025/06/15 - 13:36
Gündəm

Məşhur brendlərin ölkəni tərk etməsi ilə bağlı yayılan xəbərlər təkzib olundu – Elnur Kələntərovdan açıqlama 

2025/06/14 - 12:09
Gündəm

Peşəkarlar “həvəsləndirildi”, dost-tanış mükafatlandırıldı – Jurnalistlər “Veysəloğlu”na etiraz etdi

2025/06/14 - 11:24
Gündəm

Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir – FOTO+VİDEO

2025/06/14 - 11:21

SEÇMƏ

Antalyadan Sivasadək: Türkiyədə hələ kəşf edilməmiş təbii möcüzələr – FOTOLAR

2025/05/20 - 11:48

Türkiyəni ilk dəfə ziyarət edən turistlər buranı yer üzündəki cənnət adlandırır. Bu da səbəbsiz deyil. Türkiyənin dörd bir yanı əsl...

Daha çox oxu

Türk Mətbəxi Həftəsində “Türk Mətbəxinin Klassik Yeməkləri” nümayiş olunacaq – FOTOLAR

2025/05/12 - 11:15

Türkiyənin zəngin kulinariya irsini qeyd edən ənənəvi Türk Mətbəxi Həftəsi artıq dördüncü dəfədir ki, keçiriləcək. Bu dəfə ənənəvi tədbir  mayın...

Daha çox oxu

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi

2025/05/12 - 10:16

Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib ...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.