İranlı aktrisa Mahlaga Caberi Kann kinofestivalının qırmızı xalçasına boyun nahiyəsində kəndir düyünü olan qara libasda çıxıb. Azadmedia.az xəbər verir ki, bu barədə Wion məlumat yayıb.
“İran xalqına həsr olunur”, – deyən model videonun başlığında köməyə görə modelyerin özünə, videonun müəllifinə və menecerə təşəkkür edib.
Şərhlərdə aktrisaya cəsarətinə və ölkəsinə qarşı vətənpərvərlik göstərdiyinə görə təşəkkür edilib.
Bundan əvvəl BMT-nin İnsan Haqları İdarəsi məlumat vermişdi ki, İranda 2023-cü ildə hakimiyyət orqanları 209 nəfəri edam edib. Onun sözçüsü Ravina Şamdasani İranda hər həftə orta hesabla 10-dan çox adamın edam edildiyini bildirib.