İranda terror təşkilatının üzvləri saxlanılıb. Onlar Qurban bayramında terror aktı hazırlayırdılar. Polis yaraqlıların şəriklərini də yaxalayıb.
Onun sözlərinə görə, bütün yaraqlılar Tehran yaxınlığındakı Məhdəşt şəhərində saxlanılıb, onların arasında İŞİD-in yüksək rütbəli üzvü Məhəmməd Zaker də var. Hücrənin daha iki üzvü də tutulub.
Polis sözçüsü vurğulayıb ki, saxlanılan şəxslər Qurban bayramı günü kamikadzelərin iştirakı ilə terror aktları törətməyi planlaşdırıblar. O, həmçinin bildirib ki, səkkiz silahlı ortaq saxlanılıb.