İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində bazar günü dörd binanın uçması nəticəsində ən azı iki nəfər həlak olub.
Raport.az-ın məlumatına görə, bu barədə “IRNA” agentliyi yerli xilasetmə xidmətlərinə istinadən bildirib.
Məlumata əsasən, ən azı daha altı nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Hadisə Təbriz şəhərinin şərq hissəsində baş verib. Binanın çökməsinə səbəb kimi qaz partlayışı göstərilir.