25:05 - 8:55
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Platformaaz
Reklam
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Sağlamlıq
  • İdman
  • Hərbi
  • Kriminal
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Platforma.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

İntihar etdiyi bildirilən Rauf Abbasovun bacısından – Ağır ittihamlar

19.01.2023 - 14:27
A A

Ötən il Bakının Xəzər rayonu, Zirə qəsəbəsində özünə məxsus villada intihar etdiyi bildirilən 1976-cı il təvəllüdlü Rauf Əhəd oğlu Abbasovun bacısı Könül Abbasova “Qafqazinfo”ya müraciət edib.

O, müraciətində qardaşının ölümündə şübhəli məqamların olduğunu, hadisə baş verən gün Rauf Abbasovun boşanmaq üzrə olduğu həyat yoldaşının və daha bir nəfərin həmin evdə olduğunu iddia edib.

Hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda aparılan araşdırmanın düzgün istiqamətdə həyata keçirilmədiyini düşünən K.Abbasova bu işdə qəsdin olduğunu deyir: “Qardaşım Rauf Əhəd oğlu Abbasov Nəsimi rayonu, R.Cəbiyev küçəsində yerləşən mənzildə qeydiyyatda olsa da, Zirə qəsəbəsindəki villasında tək yaşayırdı. Onun müəmmalı ölümü məni çox narahat edir. Qardaşım 2003-cü ildən beynəlxalq “Maersk Driling Company”də işləyib, uzun illər çox yüksək maaş alıb”.

Mərhumun bacısının sözlərinə görə, qardaşı bibisi nəvələri olan xanımla öz istəyi olmadan evləndirilib: “Lakin evlənən gündən yola getmirdilər, bunu qonşular və 102-yə gedən zənglər də təsdiq edə bilər. Rauf sakit adam idi, ayın 28 gününü dənizdə keçirirdi. Dəfələrlə boşanmaq istəsə də, yoldaşı onu təhdid edir, özünü öldürəcəyini bildirərək boşanmaqdan imtina edirdi. Bir neçə ay əvvəl qardaşım arvadının külli miqdarda borcunun olması da məlum olmuşdu. Pulları nə etdiyini doğru-düzgün başa sala bilmədi. Gah dedi maşınla adam vurub işi bağlamışam, gah dedi narkoman qardaşı var, ona sərf edib. Bu hadisədən sonra ailədəki münasibətlər daha da korlandı, qardaşım boşanmağa qərar verdi. Oktyabrın 3-də boşanacaqdılar. Lakin sentyabrın 29-u Raufun guya özünü asıb öldürdüyünü bildirdilər. Məhkəməyə qədər Rauf Zirədəki villasında tək qalırdı. Nə sirrdirsə, öləndə arvadı və 20 yaşlı oğlu da yanında olub.

Fotoda Könül Abbasova və qardaşı Rauf Abbasov

Qardaşım xeyli vaxt idi onu yanına buraxmırdı, hasarlar da hündür… Arvadı ora necə daxil olub? Videogörüntülər haradadır? Raufun bacanağı da hadisə yerində olduğunu bildirmişdi, ziddiyyətli ifadələr verilib. Əgər Rauf özünü öldürübsə də, bunun səbəbkarı yoldaşıdır. Təəssüf ki, cinayət işi açılmır. Qulağımıza sözlər çatır ki, Xəzər Rayon Prokurorluğu 15 min alıb işi bağlayıb”.

K.Abbasovanın növbəti iddiasına əsasən, qardaşı arvadı hazırda vərəsəlik işləri ilə məşğuldur və onu da hədələyir: “Mənə xəbər göndərib ki, mal-mülkü ələ keçirəndən sonra gəlib məni də qardaşın kimi canımdan bezdirəcək. Baş Prokurorluğa yazdığım məktublar cavabsız qalıb. Qardaşımın arvadı biləndə ki, boşanmada dəyəri 500 min manat olan villa və anamın mikrorayondakı evi ona çatmayacaq daha da aqressivləşdi. Xahiş edirəm, bu məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülsün”.

Şikayətçi bildirib ki, qardaşının ölümündə onun həyat yoldaşının birbaşa iştirakı ola bilər: “Ekspertiza rəyində qeyd edilir ki, guya qardaşımın qanında narkotik tərkibli maddə aşkar edilib. Bildiyimizə görə bu maddə çayda həll edilir. Belə görünür onu qardaşıma Sevinc gizli şəkildə məqsədli şəkildə edib”.

Mərhum Rauf Abbasovun bacısının müraciəti və baş vermiş hadisənin araşdırılması ilə bağlı Baş Prokurorluğun Məbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb: “Rauf Abbasovun intihar etməsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul olunub. Həmçinin vətəndaş Könül Abbasovaya qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah edilib”.

Ünvanına səslənən ağır ittihamlarla bağlı mövqeyini öyrənmək üçün Rauf Abbasovun həyat yoldaşı ilə də əlaqə saxladıq. Lakin qadın hazırda açıqlama vermək istəmədiyini, vəkili ilə məsləhətləşdikdən sonra fikir bildirə biləcəyini deyib.

ShareTweetSendShareScanSend
Əvvəlki Yazı

Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artistin efirdə çətin anları (VİDEO)

Növbəti Yazı

FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb (video, foto)

XƏBƏR LENTİ

Gündəm

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri – FOTOLAR

2025/05/06 - 16:02
Gündəm

Əlilliyi olan şəxslərə dəstək, dövlət qayğısı və həllini gözləyən məsələlər

2025/05/05 - 12:03
Gündəm

Qumar oyunlarının qurbanları artır – Cəmiyyət niyə susur? 

2025/05/05 - 11:59
Gündəm

Qlobal Cənub və Qlobal Şimal arasında bərabərlik və etimadın təməli qoyulur

2025/04/28 - 16:14
Gündəm

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11
Gündəm

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35
Gündəm

Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət – Nə baş verib?

2025/04/22 - 12:25
Gündəm

Analar gününü İzmirin Urla bölgəsində qeyd edin – Fotolar 

2025/04/22 - 11:18
Gündəm

Mersin–Tartus Ro-Ro xətti yenidən istifadəyə verilib 

2025/04/22 - 10:57
Gündəm

Nazirlik plastik cərrahiyyə apara biləcək həkimlərin siyahısını yaydı

2025/04/17 - 12:00
Gündəm

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

2025/04/17 - 11:10
Gündəm

Ağdamın Sarıcalı kəndinin bərpası dövlət büdcəsinə 35 milyona başa gəlib

2025/04/17 - 8:52
Gündəm

Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb – FOTOLAR

2025/04/16 - 13:08
Gündəm

“Suraxanı” tanker-muzeyi Beynəlxalq Dəniz Muzeyləri Konqresinə üzv seçilib 

2025/04/14 - 11:15
Gündəm

Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir

2025/04/12 - 14:22
Gündəm

Xırdalanda məktəb direktoru tərəfindən zorakılığa məruz qalan şagirdin valideyni ölümlə təhdid edilib 

2025/04/10 - 11:35
Gündəm

Natəvan Bayramova vəzifədən getdi

2025/04/10 - 11:08
Gündəm

Türkiyənin daha bir təcrübəsi Azərbaycanda

2025/04/10 - 8:19
Gündəm

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 600-ü keçib – YENİLƏNİB

2025/04/09 - 19:22
Gündəm

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur

2025/04/09 - 16:13

SEÇMƏ

Turizmin beşiyi olan tarixi kəndlər

2025/04/28 - 16:11

Hər il Türkiyəyə səfər edən turistlərin sayı durmadan artır. Son iki ilin statistikasına görə Türkiyəyə səfər edən turistlərin 30-40 faiz...

Daha çox oxu

Prezident Velosiped Turunun 60-cı buraxılışı keçiriləcək – FOTOLAR

2025/04/24 - 16:35

Türkiyənin ən mötəbər idman tədbirlərindən biri olan Prezident Velosiped Turu (TUR 2025) bu il 60-cı dəfə təşkil olunacaq. “Cebheinfo.az" xəbər verir...

Daha çox oxu

Bizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük – FOTOLAR

2025/01/15 - 16:41

Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə...

Daha çox oxu
Platforma.az

Platforma.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Platforma.az © 2023 - Bütün hüquqları qorunur.